SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

AMEA Naxçıvan Bölməsində “Oğuzlar” və “Oğuznamə” kitablarının təqdimatı olub

14-11-2017, 16:15 | Oxunub: 10 738 |

AMEA Naxçıvan Bölməsində “Oğuzlar” və “Oğuznamə” kitablarının təqdimatı olub

AMEA Naxçıvan Bölməsində görkəmli türkoloq, professor Faruq Sümərin “Oğuzlar” və Fəzlullah Rəşiddədinin “Oğuznamə” kitablarının təqdimatı olub.

Emtv.az xəbər verir ki, bölmənin informasiya şöbəsindən bildirilib ki, təqdimat mərasimində bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək kitabların və mütaliənin insan həyatındakı rolundan danışıb. Alim sözügedən nəşrlərin türk xalqlarının tarixi, mədəniyyəti, həyat tərzi və adət-ənənələri barədə oxucuya müfəssəl məlumat verdiyini bildirib. Akademik hər iki əsərin gənclər üçün əvəzsiz mənbə olduğunu vurğulayıb.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərlinin və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevin “Oğuzların tarixinə həsr olunmuş sanballı əsərlər” mövzusunda məruzələri dinlənilib.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onomastika şöbəsinin müdiri Firudin Rzayev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun qədim və orta əsrlər tarixi şöbəsinin müdiri İlhami Əliyev çıxış edərək, hər iki əsərin elmi dəyərindən söz açıblar.

Qeyd olunub ki, professor Faruq Sümərin “Oğuzlar” kitabı XVI əsrdə Anadoluda Oğuz boylarına aid yer adları və Türkmən oymaqları ilə birgə siyahılar adlı əlavələrdən ibarətdir. “Oğuzlar haqqında ən qədim məlumatlar”, “Oğuzlar IX-XI əsrlərdə”, “Səlcuqlu dövlətinin qurulması”, “Səlcuqlar dövründə oğuzlar (türkmənlər)” adlı yarım başlıqlarından ibarət olan ilk hissədə müəllif “Oğuz” adının etimologiyası, onların vətəni, həyat tərzi, iqtisadi həyatı, əski dini inancları, İslamı qəbul etmələri, adət-ənənələri barədə söz açır. Kitabın “Boy təşkilatı və boylar” adlanan ikinci hissəsində 24 oğuz boyunun ucsuz-bucaqsız bir ərazidə yayılması, köçəri və ya oturaq şəkildə yaşaması, onların adını daşıyan yer adları və digər məsələlər sistemli tədqiq edilib.

Kitabın dastanlardan bəhs edən son hissəsində isə oğuzların iqtisadi-siyasi fəaliyyəti, ailə həyatı maraqlı faktlar əsasında göstərilib, oğuzlarda ordu, geyim, ovçuluq, əyləncələr ayrı başlıqlar altında araşdırılıb.

Fəzlullah Rəşiddədinin “Oğuznamə” kitabı haqqında da ətraflı məlumat verilərək bildirilib ki, əsər türk xalqlarının tarixinin öyrənilməsində etibarlı və əsas mənbələrdən biridir.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamına əsasən keçirilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR