SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyevin islahatları Xəzərdə yüklərin istiqamətini dəyişdi – Rusiya limanlarında kəskin azalma

13-11-2017, 14:32 | Oxunub: 5 839 |

İlham Əliyevin islahatları Xəzərdə yüklərin istiqamətini dəyişdi – Rusiya limanlarında kəskin azalma

Rusiyanın Xəzərdəki dəniz limanları üzərindən yükdaşımalar bu ilin yanvar-oktyabr ayları ərzində kəskin azalıb. Virtualaz.org xəbər verir ki, bu məlumatı Rusiyanın dəniz limanları Assosiasiyası açıqlayıb. Məlumata görə Rusiya dəniz limanları üzərindən yükdaşımaların ümumi artımına baxmayaraq Xəzər hövzəsindəki limanlardan yükdaşımalar cəmi 3.1 milyon ton təşkil edib.

Bu, ötən ilki yükdaşıma həcmindən 35.3 faiz azdır. Azalmanın 2.2 milyon tonu quru yüklərin payına düşüb. Ötən ilin həmin dövrü ilə müqayisədə Rusiyanın Xəzər hövzəsindəki limanlarından quru yüklərin daşınması 9.8 faiz azalıb. Maye yüklərdə azalma 0.9 milyon ton, yaxud 61.4 faiz təşkil edib. Ən çox azalma dinamikası Mahaçqala limanında qeydə alınıb-58.3 faiz. Həştərxanda isə azalma 9.1 faiz təşkil edib.

Ekspertlərə görə, bu azalmanın əsas səbəbi yüklərin Rusiyanı Xəzərdəki limanlaından Azərbaycan limanlarına axınıdır. Bunu statistika da təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin birinci yarısında Azərbaycanın dəniz nəqliyyatı ilə yükdaşımalar 50 faizə qədər artıb. Dəniz limanlarından daşınan yüklərin həcmi isə yanvar-iyul aylarında 38.3 faiz artaraq 6 milyon 88 min tona çatıb.

Bəs yüklərin Rusiya limanlarından Azərbaycan limanlarına meyllənməsinin səbəbi nədir?

Emtv.az virtualaz.org istinadən qeyd edir ki, bu, Azərbaycanda prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının inkişaf istiqamətlərdən biri kimi ölkənin tranzit potensialından istifadənin genişləndirilməsinə yönəlmiş islahatlarla birbaşa əlaqəlidir. Belə ki, 2016-cı ildən etibarən Azərbaycanın Xəzərdəki əsas yük limanı olan Ələt limanı üzərindən tranzit yüklərin daşınması xeyli liberallaşdırıldı. Limanda tranzit yüklərin gömrük və digər proseduralardan keçirilməsini sürətləndirmək üçün ən qabaqcıl metodlar tətbiq edildi. O cümlədən çevik tarif siyasəti tətbiq edildi, liman infrastrukturu modernləşdirildi. Nəticədə quru yüklərin Xəzərdən keçməklə Azərbaycan üzərindən daşınması asanlaşdı.

Habelə Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqli artıb, eləcə də Mahaçqala limanında baş alıb gedən neft oğurluğu, neftin su ilə qarışdırılaraq Mahaçqala-Novorossiysk kəmərinə vurulması praktikasının davam etməsi Rusiyanın Xəzərdə hasilatla məşğul olan şirkətlərini də neftin daşınması üçün Bakıya üz tutmağa məcbur edib.

Gözlənilir ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin tam başa çatdırılmasından sonra yükdaşımaların həcmi daha da artacaq. Buna yeni istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yol dəhlizi də imkan yaradır. Beynəlxalq yüklərin hansı dəhlizlə daşınması məsələsində ciddi rəqabət var və belə görünür ki, Azərbaycanın həyata keçirdiyi islahatlar artıq Xəzərdə bu rəqabətdə irəli çıxmağa imkan verib. Yüklər Rusiya limanlarından üz döndərib Azərbaycan limanlarına doğru istiqamət alır…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR