SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

GENERALLAR DƏNİZ LİMANINDA TOPLANDI

24-12-2015, 17:53 | Oxunub: 11 406 |

GENERALLAR DƏNİZ LİMANINDA TOPLANDI
Dekabrın 24-də Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində mövcud vəziyyətlə tanış olublar.

"EMTV.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov qurum rəhbərlərinə limanın fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra gömrük və sərhəd xidmətlərinin rəhbərləri limanda Qazaxıstan və Türkmənistan istiqamətlərində hərəkət etmək üçün növbə gözləyən yük avtomobillərinin sürücüləri ilə söhbət edib, onları narahat edən məsələlərlə maraqlanıblar.

Yük avtomobillərinin sürücüləri limanın şəraiti, eləcə də gömrük və sərhəd rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını, yalnız bərə çatışmazlığı səbəbindən yaranan növbələr və vaxt itkisinə görə narahatlıqlarını ifadə ediblər. Sürücülər Qazaxıstanın Aktau limanında bərələrdən yüklərin boşaldılması və sənədləşmə proseslərinə həddən artıq vaxt sərf olunduğunu da qurum rəhbərlərinin diqqətinə çatdırıblar.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qeyd olunan məsələnin həll edilməsi üçün araşdırma aparılacağını və tezliklə lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Sonra limanın buraxılış məntəqələrində gömrük və sərhəd nəzarətinin vəziyyəti ilə maraqlanan aidiyyəti qurumların rəhbərləri işin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar veriblər.

Daha sonra limanda yüklərin daşındığı bərələrə baxış keçirilib, kompleksin mövcud potensialı və son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin həllinə dair fikir mübadiləsi aparılıb.

Sonda adı çəkilən rəhbər şəxslər liman kompleksi ərazisindəki buraxılış məntəqələrinin piyada keçid xəttində vəziyyətlə də tanış olublar.
GENERALLAR DƏNİZ LİMANINDA TOPLANDIGENERALLAR DƏNİZ LİMANINDA TOPLANDI
GENERALLAR DƏNİZ LİMANINDA TOPLANDIGENERALLAR DƏNİZ LİMANINDA TOPLANDI
GENERALLAR DƏNİZ LİMANINDA TOPLANDIGENERALLAR DƏNİZ LİMANINDA TOPLANDI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR