SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Dövlət Tarix Muzeyinə 156 eksponat təqdim olunub

10-11-2017, 14:23 | Oxunub: 8 695 |

Naxçıvan Dövlət Tarix Muzeyinə 156 eksponat təqdim olunub

Qədim mədəniyyətimizi və tariximizi əks etdirən mis və saxsı məişət əşyaları, kənd təsərrüfatı və toxuculuq alətləri və sair olmaqla, 156 eksponat Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.

Emtv.az xəbər verir ki, eksponatlar Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Akif Hacıyev, Ordubad rayonunun Gilançay kənd sakini Xəyal Fətəliyev, Naxçıvan şəhər sakini Sədi Məmmədov, Babək rayon sakini İnayət Fətullayev, Şahbuz şəhər sakini Şahin Orucov, Culfa rayonunun Ərəzin kənd sakini Mahmud Zeynalov tərəfindən təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova nazirlik tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işinin diqqətdə saxlanıldığını və bu işdə muxtar respublika sakinlərinin fəallıq göstərdiklərini bildirib.

Nazir qeyd edib ki, təkcə 2016-cı il ərzində muzeylərə 1500-dən çox, bu ilin 9 ayında isə 993 eksponat daxil olub.

Natəvan Qədimova maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə sakinlərə təşəkkürünü bildirib, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlıq edib.

Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Nizami Rəhimov vətəndaşların təqdim etdikləri eksponatların muzeyin zənginləşməsinə xidmət etdiyini vurğulayıb.

Eksponatları muzeyə təqdim edənlərdən Akif Hacıyev və Sədi Məmmədov bildiriblər ki, hər bir vətəndaş mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərə öz töhfəsini verməyə çalışır. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR