18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Velosiped yarışı üzrə muxtar respublika birinciliyinə yekun vurulub
17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin oğlan və qız şagirdləri arasında keçirilən velosiped yarışı üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov birinciliyin qaydaları haqqında iştirakçıları məlumatlandırıblar.
Yarışda qızlar 800, oğlanlar isə 1200 metr məsafədə qüvvələrini sınayıblar. Qızlar arasında finiş xəttinə hamıdan tez Gülcan Vəliyeva çatıb. Digər iki pillədə isə Sevgi Məmmədli və Rəqsanə Nağıyeva qərarlaşıblar. Oğlanların mübarizəsində isə Hüseyn Cəfərov, Hilal Cəfərli və Nihad Məmmədli müvafiq olaraq I, II və III yerlərin qalibi olublar.
Sonda qalib idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.
Emtv.az