18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Tir atıcılığı üzrə muxtar respublika birinciliyinə yekun vurulub
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Atıcılıq Federasiyasının təşkilatçılığı ilə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında tir atıcılığı üzrə keçirilən Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
Yarışda muxtar respublika rayonlarının hər birindən 1, Naxçıvan şəhərindən isə 3 komanda iştirak edib. Hər komandanın tərkibində 3 oğlan və 3 qız olmaqla, ümumilikdə, 60 şagird birincilikdə mübarizə aparıb.
Yekun nəticəyə əsasən qızlardan qalib adını Firəngiz İsmayılova qazanıb (Naxçıvan şəhər 16 nömrəli tam orta məktəb). İkinci yerə Aytac Cəfərli (Culfa şəhər 1 nömrəli tam orta məktəb), üçüncü yerə isə Nuray Gözəlova (Şərur şəhər 2 nömrəli tam orta məktəb) layiq görülüblər.
Oğlanların mübarizəsində isə ilk üç pillədə Tağı Tağıyev (Şərur şəhər 2 nömrəli tam orta məktəb), Sadiq Rəfiyev (Naxçıvan şəhər 10 nömrəli tam orta məktəb) və Ramin Hüseynli (Babək qəsəbə 1 nömrəli tam orta məktəb) qərarlaşıblar.
Qaliblərə muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirliklərinin diplomları təqdim olunub.
Emtv.az