18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yerevanda ticarət mərkəzində satıcılarla vergi müfəttişləri arasında dava düşüb
Yerevanda “Arinç mol” ticarət mərkəzində satıcılarla dövlət vergi müfəttişinin əməkdaşları arasında dava düşüb.
Noyabrın 3-də müfəttişlər ticarət mərkəzindəki dükanlarda yoxlama aparmağa cəhd göstəriblər. Ancaq satıcılardan biri müfəttişi dükana buraxmayıb. Onlar arasında mübahisə yaranıb. Sonra hadisə yerinə başqa dükanların satıcıları toplaşıblar. Vergi Nazirliyinin əməkdaşları yoxlama aparmaqda çətinlik çəkdiklərini, gec-tez satıcılarla aralarında böyük dava-dalaş düşəcəyini bildiriblər.
Qeyd edək ki, oktyabrın 31-də Ermənistanın paytaxtı Yerevanda “Arinç” və “Surmalu” yarmarkalarının sahibkarları parlamentin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar Vergi Məcəlləsinə dəyişikliklərə etiraz ediblər. Aksiya iştirakçıları vergi ödəməkdən yayınmaq istəmədiklərini bildiriblər: “İndi vergi adı altında bizi əlavə olaraq yükləyiblər. Dəyişikliklərə əməl etmək məqsədilə sahibkarlar yeni əməkdaşlar qəbul etməlidirlər. Vergi xidməti bizdən idxal edilən hər mal üçün sənəd tələb edir. Bu isə kağız oyunudur. Ona görə də bu işlə məşğul olmaq üçün biz yeni işçi götürməliyik”.
Mütəxəssislər hesab edirlər ki, Ermənistanda işsizliyin qarşısını almaq üçün sahibkarlardan əlavə işçi götürmələri tələb edilir.
Emtv.az