17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kəndlərdə profilaktik tibbi müayinələr aparılıb
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Şahbuz rayonunun Külüs kənd həkim ambulatoriyasında 70, Kardioloji Dispanserin həkim briqadası Culfa rayonunun Camaldın kəndində 32 sakini profilaktik müayinələrdən keçirib.
Emtv.az xəbər verir ki, Muxtar respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Doğum Mərkəzinin yüksəkixtisaslı həkimlərdən ibarət briqadası isə Kəngərli rayonunun Böyükdüz kəndində olub. On bir sakində laboratoriya, 27-də USM müayinəsi, 29-da ginekoloji, 6 nəfərdə pediatrik müayinə aparılıb. Bu briqada, həmçinin Naxçıvan şəhərindəki tikiş fabrikində 18 işçini tibbi müayinədən keçirib.
Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası tərəfindən Babək rayonunun Nehrəm kəndində 40 nəfər müayinələrə cəlb olunub, 18 cərrahi əməliyyat aparılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Culfa rayonunun Ərəfsə kəndində 47 nəfəri müayinə edib, 8 nəfərdə EKQ müayinəsi, 14 nəfərdə qanın ümumi analizini aparıb.
Rayon mərkəzi xəstəxanaları da əhalinin, xüsusən ucqar dağ və sərhəd kəndlərində yaşayan insanların keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına, vaxtında müalicəyə cəlb edilməsinə şərait yaradıb. Belə ki, Ordubad rayonunun Tivi kəndində 97 sakin tibbi müayinədən keçib, 17 nəfərdə USM, 26 nəfərdə laborator müayinə aparılıb, 3 nəfər dispanser qeydiyyatına götürülüb. Culfa rayonunun Ərəfsə, Gülüstan, Ərəzin kəndlərində 112, Kəngərli rayonunun Xok kəndində 33, Şahbuz rayonunun Keçili kəndində 43, Sədərək rayonunda və Şərur rayonunun Gümüşlü kəndində 132, o cümlədən 4 laborator müayinə aparılıb. Babək rayonunun Gülşənabad kəndində isə əhalinin 56-60 yaşlı təbəqəsi, 27 uşaq tibbi müayinələrə, 19 nəfər EKQ müayinəsinə cəlb edilib.
Aşkar olunan xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb. Kənd üzrə dispanser qeydiyyatında olan xroniki xəstələrin sayı dəqiqləşdirilib. Əhali arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, ginekoloji xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti barədə maarifləndirmə işləri aparılıb.
Emtv.az