18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan şəhərinin istilik təsərrüfatı qışa hazırdır
Bu il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan şəhərinin istiliklə təminatı sahəsində konkret tapşırıqlar verilib. Həmin tapşırıqların icrası çərçivəsində Naxçıvan şəhərində inzibati və yaşayış binalarının istiliklə təmin edilməsi məqsədilə bir sıra işlər görülüb.
Naxçıvan Şəhər İstilik İdarəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin qış fəslində normal istiliklə təmin olunması, qazanxanaların saz vəziyyətdə işləməsi üçün lazımi tədbirlər görülüb. Belə ki, 2017-2018-ci illərin qış mövsümündə Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş və 38 fərdi qazanxana vasitəsilə 173 yaşayış binasındakı 7634 mənzil və 30 inzibati bina fasiləsiz olaraq istiliklə təmin ediləcək. İstilik təsərrüfatının kollektivi əhalinin davamlı istiliklə təmin olunması üçün səylə çalışır. Beş mərkəzləşdirilmiş qazanxananın xarici istilik xətləri izolyasiya edilib, 38 fərdi qazanxananın hər birinə texniki baxış keçirilib, qaz və su xətlərində olan nasazlıqları aradan qaldırmaq üçün əsaslı və cari təmir işləri aparılıb, qazanlar ərpdən təmizlənib, sıradan çıxmış cihaz və avadanlıqlar yeniləri ilə əvəz edilib.
Qarşıdakı qış aylarında əhalinin istiliklə fasiləsiz təmin olunması üçün “İstiqlal” küçəsindəki fərdi qazanxanada 1 yeni qazan quraşdırılıb, 4 fərdi qazanxanadakı qazanlar yeniləri ilə əvəzlənib. Bundan əlavə, 4 fərdi qazanxanada 2 tonluq su çənləri yenilənib, şəhərin “Əlincə”, “Çənlibel” və “Qoçüstü” məhəllələrində, Heydər Əliyev prospekti, “İstiqlal”, Afiyəddin Cəlilov və Nizami küçələrindəki bir sıra binaların zirzəmilərindəki istismara yararsız istilik xətləri yeni plastik borularla dəyişdirilib.
İstilik təsərrüfatında mövcud problemlərin həll olunması və Naxçıvan şəhərinin istiliklə təminatında fasilələrə yol verilməməsi, bu sahədə çalışan ixtisaslı işçi probleminin həlli üçün qazanxanalarda işləyən ocaqçılar Naxçıvan Şəhər Regional Peşə Tədris Mərkəzində kurslara cəlb ediliblər. Hazırda ocaqçı peşəsinə yiyələnmək üçün yeni işçilər təhsil alırlar.
Emtv.az