18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Futbol üzrə muxtar respublika çempionatının lideri dəyişməyib
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında növbəti turun oyunları keçirilib.
Emtv.az xəbər verir ki, turnir cədvəlinin şəriksiz lideri “Araz-Naxçıvan” Naxçıvan Dövlət Universitetinin komandasının qonağı olub. Görüşə sürətli başlayan “qırmızı-ağlar” ilk hissədə vurduğu 4 qolla 3 xalı aktivinə yazıb. Son 2 turu itkisiz başa vuran digər komanda isə “Əlincə”dir. Culfa təmsilçisi “Kəngərli” və “Batabat” komandalarını məğlub edərək maksimum nəticə əldə edib.
Turnir cədvəlində yerini itirən digər komanda “Babək”dir. Belə ki, universitet komandasına məğlub olan babəklilər növbəti turda Şərurun “Arpaçay” komandasını məğlub etməyi bacarıblar. Mövsüm ərzində yalnız bir qələbə qazanan “Arpaçay” hazırda son pillədə qərarlaşıb. Onlar kimi “Batabat” komandası da mövsümə uğursuz başlayıb.
Cari mövsümün bombardirlərinə gəlincə, Naxçıvan Dövlət Universitetinin forvardı Samir Kərimov 7 qolla cədvələ başçılıq edir. “Araz-Naxçıvan”ın iki hücumçusu – Turqay İbrahimov və İbrahim Əliyevin isə aktivində 6 qol var.
Emtv.az