17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Araz-Naxçıvan” futbol komandası “Heydər Əliyev kuboku” uğrunda turnirin qalibidir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnirə yekun vurulub.
Final görüşünün açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov son illər muxtar respublika idmançılarının uğurlu çıxışını yaradılan infrastrukturla əlaqələndirib. Nazir bildirib ki, bu gün Naxçıvanın hər bir bölgəsində idman sahəsində mühüm addımlar atılır. Uşaq və yeniyetmələrin, gənclərin, hətta yaşlı nəslin idmanla məşğul olmaları üçün idman zalları, obyektləri istifadəyə verilib. Həmçinin Naxçıvanda futbolun inkişafı üçün şəhər və rayonlarla yanaşı, kəndlərdə də stadionlar gənclərin ixtiyarına verilib. Azad Cabbarov ulu öndərin xatirəsinə həsr olunmuş turnirdə iştirak edən hər bir komandaya gələcək oyunlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublika çempionatında iştirak edən komandaların mübarizə apardığı turnirin final görüşündə “Araz-Naxçıvan” və “DİN-Darıdağ” futbol komandaları üz-üzə gəlib. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən həlledici matç öz gərginliyi ilə azarkeşlərin alqışına səbəb olub. Görüşdə üstünlük nümayiş etdirən “Araz-Naxçıvan” futbol komandası Tağı Seyidovun iki, Adil Xudaverdiyevin bir qolu sayəsində meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.
Görüşdən sonra hər iki komanda diplom və hədiyyələrlə, qalib olan “Araz-Naxçıvan” komandası kubokla mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim ediblər.
Emtv.az