Naxçıvanda keçirilən futbol birinciliyində növbəti görüşlər başa çatıb
22-08-2017, 14:04 | Oxunub: 12 014 |
Gənclərin idmana cəlb edilməsi istiqamətində görülən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd futbol komandaları arasında şəhər və rayon birinciliyinin növbəti oyunları təşkil olunub.Şərur rayonunda növbəti mərhələyə Dizə və Yaycı kənd komandaları yüksəlib. Dizəlilər Kosacan, yaycılılar isə Siyaqut kənd komandalarını penalti zərbələrindən sonra 5:2 hesabı ilə məğlub ediblər. Babək rayonunda da azarkeşlər iki görüşə şahidlik ediblər. Dairəvi sistem üzrə keçirilən görüşlərdə Qahab kənd komandası Çeşməbasar kənd komandasını məğlub etsə də (3:0), Vayxır və Cəhri komandalarının görüşündə qalib müəyyənləşməyib – 2:2.Şahbuz rayonunda Kükü kənd komandası da adını növbəti mərhələyə yazdırıb. Onlar Aşağı Qışlaq kənd komandasının qapısından 5 cavabsız top keçiriblər – 5:0. Ərəzin kənd komandası isə Culfa rayonunda ilk yarımfinala yüksələn komanda adını qazanıb. Göydərə kənd komandasını 4:1 hesabı ilə məğlub etməklə, Ərəzin futbolçuları buna müvəffəq olublar. Ordubad rayonunda isə Aza və Kələntər Dizə kənd komandalarının görüşü 1:1 hesabı ilə yekunlaşıb. Penalti zərbəsini daha dəqiq yerinə yetirən ikincilər növbəti mərhələyə yüksəliblər – 3:4.Sədərək rayonunda isə Heydərabad və Qaraağac kənd komandaları üz-üzə gəlib. Görüş birincilərin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu turun ən məhsuldar oyunu Kəngərli rayonunda olub. Şahtaxtı və Qarabağlar kənd komandalarının görüşündə 8 qol qeydə alınıb. Belə ki, oyun 7:1 hesabı ilə Şahtaxtı kənd komandasının xeyrinə başa çatıb.Emtv.az
OXŞAR XƏBƏRLƏR