SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikanın şəhər və rayonlarında futbol yarışlarına start verilib

26-07-2017, 13:43 | Oxunub: 6 274 |

Muxtar respublikanın şəhər və rayonlarında futbol yarışlarına start verilib
Gənclərin idmana cəlbi istiqamətində görülən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliyinə start verilib.

Emtv.az xəbər verir ki, Culfa rayonunun Bənəniyar kənd futbol meydançasında Yaycı və Göydərə kənd komandaları üz-üzə gəlib. Görüşü 4:3 hesablı qələbə ilə başa vuran Göydərə komandası növbəti mərhələyə yüksəlib.

Şahbuz rayonunda 9 komandanın mübarizə apardığı birinciliyin ilk oyununda Kükü və Badamlı kənd komandaları qarşılaşıb. Görüş Kükü komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Sədərək kənd stadionunda keçirilən görüşün qalibi isə müəyyənləşməyib. Sədərək və Qaraağac kənd komandalarının qarşılaşmasında hesab bərabər olub – 4:4.

Şərur rayonunun Aralıq kənd stadionunda Dizə və Qarxun kənd komandaları üz-üzə gəlib. Görüş dizəlilərin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər böyükhesablı qələbə Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, Qaraçuq komandası Tumbul komandasını 16 dəfə meydanın mərkəzinə dəvət edib – 16:4.

Kəngərli rayon birinciliyində ilk oyun gərgin mübarizə ilə yadda qalıb. Böyükdüz kənd komandası Qarabağlar kənd komandasına 4:5 hesabı ilə məğlub olub. Ordubad rayonunda isə Kələntər Dizə kənd komandası Düylün kənd komandasından üstün olub – 5:2.

Qeyd edək ki, növbəti oyunlar iyulun 29-da keçiriləcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR