18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Futbol üzrə Şərur rayon birinciliyinə yekun vurulub
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən futbol üzrə Şərur rayon birinciliyinə yekun vurulub.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, Şərur Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 14 kənd komandasının mübarizə apardığı birincilik olimpiya sistemi üzrə keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən birinciliyin final görüşündə Aralıq və Çomaxtur kənd komandaları üz-üzə gəliblər. Qapıya zərbələri daha dəqiq yerinə yetirən Çomaxtur kənd komandası 5:4 hesabı ilə qalib gəlib və birinciliyin baş mükafatını qazanıb. Daşarx kənd komandası isə birinciliyi üçüncü pillədə başa vurub.
Sonda qalib komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və kubokları təqdim edilib.
Final görüşünü 300-ə yaxın azarkeş izləyib.
Aralıq kəndində keçirilən birincilik kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb. Birinciliyin bütün oyunlarını izləyən Akif Həsənov bizimlə söhbətində bildirdi ki, bu gün muxtar respublikanın bütün kəndlərində idmanın inkişafı mühüm əhəmiyyət daşıyır. Bunun da səbəbi yaradılan şəraitdir. Şərur rayonunun əksər kəndlərində gənclərin idmanla məşğul olmaları üçün idman obyektləri fəaliyyət göstərir. Təbii ki, bunlar gənclərimizin zərərli vərdişlərdən uzaq durmasında, onların sağlam fərd kimi cəmiyyətimizə qazanılmasında böyük rol oynayır. Bu gün Aralıq kəndində də gənclərin idmanla məşğul olmaları üçün hər bir şərait yaradılıb və onlara daim diqqət göstərilir. Keçirilən birinciliyin bütün görüşlərini izlədim və sevindirici haldır ki, gənclərimizin idmana olan marağı gündən-günə artır.
Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, idmanın inkişafına da dövlət qayğısı ən yüksək səviyyədədir. Təsadüfi deyil ki, uşaq və yeniyetmələrin bu sahəyə cəlbi, onların idmanla məşğul olmaları üçün yeni idman obyektləri tikilib istifadəyə verilir. Bu da idmanla məşğul olan insanların həm sağlamlığı, həm də asudə vaxtlarını səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir.
Hazırda muxtar respublikada şəhər və rayonlarla yanaşı, kəndlərdə də idmanın kütləviliyinə nail olunması üçün mühüm addımlar atılır. Yeni istifadəyə verilən idman zalları, stadionlar kəndlərdə uşaq, yeniyetmə və gənclərin bu sahəyə marağını xeyli artırıb.
Ötən dövrdə istifadəyə verilən bu idman obyektlərindən biri də Şərur rayon Aralıq kənd stadionudur. Müasir standartlara cavab verən stadionda gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra idman tədbirləri keçirilir.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən futbol üzrə Şərur rayon birinciliyinə yekun vurulub. Naxcivantv.az xəbər verir ki, Şərur Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 14 kənd komandasının mübarizə apardığı birincilik olimpiya sistemi üzrə keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən birinciliyin final görüşündə Aralıq və Çomaxtur kənd komandaları üz-üzə gəliblər. Qapıya zərbələri daha dəqiq yerinə yetirən Çomaxtur kənd komandası 5:4 hesabı ilə qalib gəlib və birinciliyin baş mükafatını qazanıb. Daşarx kənd komandası isə birinciliyi üçüncü pillədə başa vurub. Sonda qalib komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və kubokları təqdim edilib. Final görüşünü 300-ə yaxın azarkeş izləyib. Aralıq kəndində keçirilən birincilik kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb. Birinciliyin bütün oyunlarını izləyən Akif Həsənov bizimlə söhbətində bildirdi ki, bu gün muxtar respublikanın bütün kəndlərində idmanın inkişafı mühüm əhəmiyyət daşıyır. Bunun da səbəbi yaradılan şəraitdir. Şərur rayonunun əksər kəndlərində gənclərin idmanla məşğul olmaları üçün idman obyektləri fəaliyyət göstərir. Təbii ki, bunlar gənclərimizin zərərli vərdişlərdən uzaq durmasında, onların sağlam fərd kimi cəmiyyətimizə qazanılmasında böyük rol oynayır. Bu gün Aralıq kəndində də gənclərin idmanla məşğul olmaları üçün hər bir şərait yaradılıb və onlara daim diqqət göstərilir. Keçirilən birinciliyin bütün görüşlərini izlədim və sevindirici haldır ki, gənclərimizin idmana olan marağı gündən-günə artır. Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, idmanın inkişafına da dövlət qayğısı ən yüksək səviyyədədir. Təsadüfi deyil ki, uşaq və yeniyetmələrin bu sahəyə cəlbi, onların idmanla məşğul olmaları üçün yeni idman obyektləri tikilib istifadəyə verilir. Bu da idmanla məşğul olan insanların həm sağlamlığı, həm də asudə vaxtlarını səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda muxtar respublikada şəhər və rayonlarla yanaşı, kəndlərdə də idmanın kütləviliyinə nail olunması üçün mühüm addımlar atılır. Yeni istifadəyə verilən idman zalları, stadionlar kəndlərdə uşaq, yeniyetmə və gənclərin bu sahəyə marağını xeyli artırıb. Ötən dövrdə istifadəyə verilən bu idman obyektlərindən biri də Şərur rayon Aralıq kənd stadionudur. Müasir standartlara cavab verən stadionda gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra idman tədbirləri keçirilir.
Emtv.az