SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan şəhərində “Şən startlar” əyləncəli idman oyunlarına start verilib

9-10-2017, 15:28 | Oxunub: 12 168 |

Naxçıvan şəhərində “Şən startlar” əyləncəli idman oyunlarına start verilib

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin təşkilatçılığı ilə məktəblilər arasında “Şən startlar” əyləncəli idman oyunlarına start verilib.

Emtv.az xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov muxtar respublikada idmanın inkişafına xüsusi diqqət göstərildiyini bildirib. Nazir qeyd edib ki, bunun nəticəsində idmançılarımız çıxış etdikləri turnirlərdə, yarışlarda böyük uğurlar qazanırlar. İdmançıların düzgün istiqamətləndirilməsində federasiyaların üzərinə böyük məsuliyyət düşür. Yüngül Atletika Federasiyası da aidiyyəti idman növünün təbliği üçün mütəmadi olaraq yarışlar təşkil edir.

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlərin görüldüyünü vurğulayan gənclər və idman naziri Azad Cabbarov bildirib ki, uşaqların fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infrastrukturunun, olimpiya komplekslərinin, digər obyektlərin istifadəyə verilməsi, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana cəlb olunmasına imkan verib. Naxçıvanda idman ənənələrinin köklü olması, bu gün uşaqların da bu sahəyə kütləvi şəkildə axınına səbəb olub. Hazırda muxtar respublikanın hər bir bölgəsində idmanla məşğul olmaq istəyən uşaq və yeniyetmələr üçün hər cür şərait yaradılıb. Uşaqların idmana marağı sağlam gələcəyin formalaşmasından xəbər verir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov qeyd edib ki, bu gün muxtar respublikada təhsilin inkişafı, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması diqqət mərkəzində saxlanılır. Bu gün yeni-yeni məktəb binaları inşa edilir və ya əsaslı şəkildə yenidən qurulur, idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Keçirilən yarışlarda Naxçıvan şəhər ümumtəhsil orta məktəblərindən 8 komanda – Heydər Əliyev adına tam orta məktəb, 2, 5, 8, 12, 14, 15 və 16 nömrəli tam orta məktəblərin komandaları mübarizə aparırlar. Reqlamentə əsasən yarışda komandalar 8 nəfərdən təşkil edilmiş qruplardan ibarətdir. Oyunların qaydalar çərçivəsində keçirilməsini, həmçinin iştirakçıların qiymətləndirilməsini tanınmış idmançılardan, idman veteranlarından, məşqçilərdən, hakimlərdən və təşkilat komitəsinin bir üzvündən ibarət münsiflər heyəti təyin edir.

Yarışda məktəblilər müxtəlif idman növləri üzrə qüvvələrini sınayıblar.

Qeyd edək ki, “Şən startlar” əyləncəli idman oyunlarına bu gün keçiriləcək görüşlərdən sonra yekun vurulacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR