SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rusiya erməniləri ifşa edən alimə qarşı cinayət işi açmaqdan imtina etdi – Foto

5-10-2017, 13:45 | Oxunub: 4 079 |

Rusiya erməniləri ifşa edən alimə qarşı cinayət işi açmaqdan imtina etdi – Foto

Rusiya İstintaq Komitəsi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran tarixçi-alim, elmi araşdırmaların müəllifi Oleq Kuznetsova qarşı cinayət işi açmaqdan imtina edib.

Emtv.az apa-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə Baş İstintaq İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Berlyov oktyabrın 4-də milliyyətçə erməni olan vəkil Ruben Kirakosyanın O. Kuznetsovun “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” adlı monoqrafiyasında milli zəmində nifrətə təhrikin olmaması və bunun cinayət tərkibinin mövcudluğu barədə qaldırdığı iddia haqqında qərar çıxarıb.

Qərara əsasən, O. Kuznetsovun “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” adlı monoqrafiyasında ermənilərin iddia etdiyi milli zəmində nifrətə təhrik əlamətləri aşkarlanmayıb. Nəticədə İstintaq komitəsi məlum monoqrafiyada cinayət tərkibinin olmamasını əsas gətirərək cinayət işi açmaqdan imtina edib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən O. Kuznetsov bildirib ki, “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” monoqrafiyası ilə bağlı ermənilərin iddiası əsasında iki ay müddətində yoxlama aparılıb: “Kompleks təhqiqat aparılıb, çoxlu sayda insanlar dindirilib. Monoqrafiyanın mətni artıq üçüncü dəfə ekspertizadan keçirilib. Ekspertizanın nəticəsinə görə, monoqrafiyada milli zəmində nifrətə təhrik çağırışları qeydə alınmayıb. Toplanan materialların əsasında cinayət işinin açılmasından imtina edilməsi haqqında qərar çıxarılıb”.

Rusiyalı tarixçi İstintaq Komitəsinin məlum qərarına çox sevindiyini bildirib: “Rusiya femidası ədalətini göstərdi, Rusiyada qanunlar alidir. İstintaq Komitəsinin son qərarı da bunu bir daha sübut etdi. Bizim ölkədə hüquq-mühafizə orqanları müəyyən etnik qrupların arzu və istəklərini deyil, qanunları icra edir”.

Qeyd edək ki, Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan Ruben Stepanoviç Kirakosyan bir qrup erməni ilə bilikdə bu ilin iyulun 10-da Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olub. Həmin şəxslər İstintaq Komitəsinin sədrinə tarixçi alim O. Kuznetsovun “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” adlı monoqrafiyasında milli zəmində nifrətə təhrikin olması və bunun cinayət tərkibinin mövcudluğu ilə bağlı şikayət ediblər. Ermənilər A. Bastrıkinin qəbulunda olan zaman şikayət ərizəsi yazmayıblar. Bu, şifahi müraciət olub. A. Bastrıkin ermənilərin şikayətini İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinə yönəldib, şikayətə baxılması üçün tapşırıq verib.

Bu ilin avqust ayında O. Kuznetsov ermənilərin məlum şikayəti əsasında Rusiya İstintaq Komitəsində dindirilib.
Xatırladaq ki, “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazılıb.


Emtv.az
Rusiya erməniləri ifşa edən alimə qarşı cinayət işi açmaqdan imtina etdi – Foto

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR