SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Hanı qaz, kimdi qaz, "Azəriqaz"? - AKTUAL

29-09-2017, 13:16 | Oxunub: 11 574 |

Hanı qaz, kimdi qaz, "Azəriqaz"? - AKTUAL

İlkin Əhmədov

Son illər payız-qış mövsümü gələr-gəlməz gündəmi "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyəti zəbt edir. Məhz bu dövrdə redaksiyamıza saysız-hesabsız şikayət zəngləri daxil olur. Şikayətlərin məzmunu eynidir - qaz yoxdur! Başqa sözlə, şikayətin 1-i 1 qəpik... Şikayətlərin coğrafiyası da maraqlıdır - ölkənin dörd bir yanı! Ən pisi odur ki, vəziyyət ildən-ilə pisləşir. Konkretləşdirsəm, "Azəriqaz" hər il izləmək və yaşamaq məcburiyyətində olduğumuz şounu bir qədər önə çəkir. Son bir neçə gündə ölkə ərazisində hava şəraiti kəskin pisləşdiyindən təbii qaza olan tələbat artıb. Lakin tələbatı ödəyən tapılmır. Türkün sözü, bunun bədəlini vətəndaşlar ödəyir. Redaksiyamıza zəng edən şikayətçilərdən birinin dediyi sözlər düşündürməyə bilməz: "Hələ qış gəlməyib "Azəriqaz" millətin başına bu oyunu gətirir. Deməli, qışda qaz heç olmayacaq!"

Bu şikayətlər həm mətbuatda, həm də sosial şəbəkələrdə hər il işıqlandırılır. "Azəriqaz" isə problemlər qarşısında acizdir və yaxud onları həll etmək istəmir. Başqa sözlə, qaz arzusunda olan milyonlarla abonent qurum rəsmilərinin şablon xarakterli açıqlamalarını və vədlərini alır.

Ümid etmək istəyirəm ki, bu yazını "Azəriqaz" rəsmiləri, xüsusilə də rəhbərliyi oxuyacaq və vəziyyətin ciddiliyini anlayacaq. Redaksiyaya daxil olan şikayətlərlə davam edək. Oxuculardan biri and-aman edir: "Qardaş, kombini işə salmaq istəyirəm, alınmır, çünki qazın təzyiqi yox səviyyəsindədir. Bir çaynik çay 1 saata qaynamır. İnanın ki, qaz sobasının yanından keçəndə astaca keçirik ki, soba "külək"dən sönməsin. Tam ciddiyəm, zarafat etmirəm". "Azəriqaz" rəsmilərinin diqqətinə çatdırım ki, bu şikayətçi Xırdalan şəhərinin sakinidir.

Mətbuat "Azəriqaz" rəsmilərinə qaz təchizatındakı problemlərlə bağlı müraciət edərkən adıçəkilən qurumdan "konkret ünvanı deyin" cavabını eşidirik. Problemin ölkənin dörd bir tərəfini əhatə etdiyini "Azəriqaz"a isbat etmək üçün növbəti şikayətlərə keçək. Suraxanı sakinləri iddia edir ki, "Azəriqaz" fəaliyyətsizliyi onları qohumları ilə daha da mehriban edib: "Qış gələr-gəlməz biz qaz üzü görmürük. Məcburən ya qızdırıcı soba yandırırıq, ya da qızınmaq üçün qohumlara qonaq gedirik". Haqlı olaraq sual verə bilərsiniz ki, bəs şikayətçinin qohumu qazı haradan alır? Bu sualı biz də şikayətçiyə verdik. Cavabı olduğu kimi təqdim edirik: "Onlar şəhərin mərkəzində qalır..." Yeri gəlmişkən, şikayətçiyə inansaq, Suraxanı rayonunun bir çox hissəsində qaz problemi müşahidə olunmaqdadır. "Qohumlarımızın əksəriyyəti Suraxanıda və "Şuşa şəhərciyi"ndə yaşayır. Onlar da qazın yoxluğundan giley edir". Belə anladıq ki, həmsöhbətimiz Suraxanıda yaşayan qohumları ilə mehriban deyil. Səbəb də ortadadır - qazsızlıq.

Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakinləri isə ümidsizdir. "İstəyirsiniz inanın, istəyirsiniz yox, amma "Azəriqaz" ucbatından bu qəsəbədə zaman əskinə dövr edir. İnsanlar şist neft hasil edir, elektrokarda gəzir, biz isə odun sobasına keçmək niyyətindəyik. Başqa çıxış yolumuz yoxdur. Şikayət etmək mənasızdı!" - deyə qəsəbə sakini qeyd edir.

Binəqədi rayonunun sakinləri isə bir suala cavab axtarır: qaz ixrac edən ölkə öz vətəndaşlarını niyə qazla təmin edə bilmir? "Deməli, problem "Azəriqaz"dadır. Qaz var, lakin bizə verilmir. Bizim ağlımıza bir neçə səbəb gəlir, amma "Azəriqaz"ın versiyasını eşitmək maraqlı olardı", - deyə bir qrup şikayətçi qeyd edib.

Həmsöhbətlərimizin mütləq əksəriyyəti "Azəriqaz"ın 104/185 saylı "qaynar xətt"indən də şikayətçidir. Belə ki, "qaynar xətt" ilboyu məşğuldur.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə qeyd edir ki, təbii qazın verilişi tələbata uyğun tənzimlənir. "Sentyabrın 27-ni 28-i ilə müqayisə etsək, sentyabrın 27-nə nisbətən 28-də respublika üzrə təbii qazın verilişində və ümumi sərfiyyatında 362 min kubmetr artım olub. Bu gün, yəni sentyabrın 29-da ümumi sərfiyyatda 567 min kubmetr artım qeydə alınıb. Təbii qaza tələbat artdıqca təbii qazın verilişi də artırılır", - deyə İ. Kərbəlayev qeyd edib.

Qurum rəsmisi əlavə edib ki, "Azəriqaz" İstehsalat Birliyinin 104 və 185 saylı çağrı mərkəzi 7 gün 24 saat fasiləsiz fəaliyyət göstərir: "Daxil olan çağırışlar elektron qaydada aidiyyatı üzrə operativliyin həll olunması üçün sahələrə ötürülür. Əməkdaşlarımız qeyd edilən ərazidə və ya fərdi mənzildə olur, çatışmazlığı aradan qaldırır və mərkəzin dispetçer xidmətinə məlumat verirlər".

İbrahim Kərbəlayev mətbuata açıq insandır və bir jurnalist olaraq bunu görməzdən gələ bilmərik. Lakin onun rəhbəri ("Azəriqaz" İB-nin baş direktoru) Əkbər Hacıyev cənab Kərbəlayevin 180 dərəcə əksidir. Düzdür, Əkbər müəllim trafaret müsahibə verməyi çox sevir. Onun rəsmi mətbuata sonuncu müsahibəsinə nəzər salsaq, pis olmaz. "İki sahil" qəzetinə müsahibəsində qurum rəhbəri deyir: "Ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətli yer tutan və iqtisadiyyatın əsaslarından olan təbii qaz təminatı..." Göründüyü kimi, Əkbər müəllim qaz təminatının vacibliyini dərk edir. Müsahibəni vərəqləməyə davam edirik: "İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2017-ci ilin avqust ayının 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 056 346-ya çatmışdır. Qeyd edək ki, 1 avqust 2017-ci il tarixə qeydiyyata alınmış abonentlərin 27 297-si qeyri-əhali abonentidir. Ümumilikdə, mövcud olan 2 029 049 əhali abonentindən 52 194-ü cari ilin yanvar-iyul ayları ərzində qeydiyyata alınmış yeni abonentlərdir ki, bunun da 24 615-i Bakı, Abşeron, Sumqayıt, 27 579-u isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır..."

Əkbər müəllimdən geri qalmamaq üçün mən də oxucularımızın diqqətinə gözəl, lakin olmuş bir hadisə ərz edim. Bu hadisənin Əkbər müəllimə və "Azəriqaz"a birbaşa aidiyyəti var. Hadisə Göyçay rayonunun Alpout kəndində baş verib. Sübh tezdən kənddə hay-haray salıblar ki, bu gün SOCAR və "Azəriqaz" rəsmiləri kəndə ilk dəfə təbii qazın verilişi ilə əlaqədar rəsmi açılışa gəlirlər. Qutab və yuxa bişirən, yola gül düzən, darvaza boyayan, asfaltı olmayan yola çınqıl tökən, qurbanlıq qoyun alan... Nəhayət müəllimlər kəndə çatırlar. Qırmızı lent kəsilir, məşəl alovlanır, qutablar yeyilir, mətbuata müsahibə verilir... bir sözlə, hamı razıdır. Hər kəs dağılışdıqdan sonra isə "Azəriqaz"ın 2 işçisi sakitcə qaz axınını dayandırır.

Biz qaz istəyirik, Əkbər müəllim, başqa heç nə!

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR