SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Məktəb bufetlərində bu ərzaqların satışı qadağan olundu - SİYAHI

18-09-2017, 13:58 | Oxunub: 6 776 |

Məktəb bufetlərində bu ərzaqların satışı qadağan olundu - SİYAHI

Artıq yeni tədris ili başlayıb. Həmişə olduğu kimi, yenə də məktəb bufetlərinin vəziyyəti aktuallığını saxlayır. Ötən dərs ilindəki müşahidələr göstərdi ki, bəzi məktəb bufetlərində saqqızdan tutmuş müxtəlif qazlı içkilərə qədər hər şeyə rast gəlmək mümkündür.

Maraqlıdır, məktəb bufetlərin hansı ərzaqların satılması qadağan edilib?

Emtv.az xəbər verir ki, bununla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi modern.az saytının sorğusunu cavablandırıb. Belə ki, verilən rəsmi məlumata görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir. Məktəb bufetlərinə verilən yeməklər bütün məktəblərdə eyni deyil. Bir çox məktəblərdə şagirdlərə isti yeməklər təklif olunur.

Ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar isə bunlardır:

1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu.

2. Bir gün əvvəl hazırlanmış qida.

3. Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.

4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.

5. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla).

6. İçalatı təmizlənməmiş quş.

7. Vəhşi heyvanların əti.

8. Suda üzən quşların yumurtası və əti.

9. Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta.

10. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.

11. Termiki emala məruz qalmayan yaxıl noxud.

12. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.

13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.

14. Kremli şirniyyat məmulatları (piroq və tortlar).

15. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama.

16. Ev şəraitində hazırlanmış qatıq.

17. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).

18. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas.

19. Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd.

20. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.

21. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.

22. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.

23. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.

24. Təbii kofe, alkoqollu, energetik içkilər.

25. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar.

26. Qazlaşdırılmış içkilər.

27. Bitki yağları əsasında süd məhsulları və dondurma.

28. Saqqız, çipslər.

29. Tərkibində etalon olan (0,5 faizdən artıq) qımız və turş süd məhsulları.

30. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studentlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər.

31. Yumurtalı makaronlar, qayğanaq.

32. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR