SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Makaron və düyünü ətlə yeməyin! Uyğun olmayan qidaların SİYAHISI

4-11-2016, 08:16 | Oxunub: 8 903 |

Makaron və düyünü ətlə yeməyin! Uyğun olmayan qidaların SİYAHISIİnsanın sağlamlığı bir çox amillərdən asılıdır. Bu amillərdən ən vacib olanlardan biri qidalanmadır. Alimlərin fikirinə görə, qidalanma insan sağlamlığına irsiyyətdən daha böyük təsir edir.
Emtv.az bildirir ki, bu səbəbdən biz daim düzgün və sağlam şəkildə qidalanmağa çalışmalıyıq. Düzgün qidalanmanın əsasları arasında məhsulların bir-biri ilə düzgün uyğunlaşmasıdır.
Uyğun olmayan məhsulların birlikdə qəbulu onların tərkibində olan faydalı maddələrin mənimsənilməsinə mane olur ki, bunun nəticəsində insan hətta çox faydalı qidadan ona lazım olan maddələri ala bilmir.
Həmçinin uyğun olmayan qidaların birlikdə qəbulu mədə-bağırsaq sistemini yükləyir, qarında ağrılara, köpə səbəb olur.
Sizə bəzi uyğun olan və uyğun olmayan məhsullar haqqında məlumat vermək istərdik.
1. Ət məhsulları və nişasta ilə zəngin olan məhsullar (makaron, düyü, kartof və s.)
Nişasta zülalların parçalanmasına və mənimsənilməsinə mane olur. Bu isə qarın ağrılarına, köpə gətirib çıxardır. Bu səbəbdən diyetoloqlar bu məhsulları ətlə birlikdə yeməyi tövsiyə etmirlər.
Ətdən mümkün qədər fayda almaq üçün və ətin mənimsənilməsini yaxşılaşdırmaq üçün onu tərəvəzlər (xüsusilə bibər, kələmin bütün növləri, kabaçok) və göyərtilərlə yeyin.
2. Meyvələr və tərəvəzlər
Həm meyvə, həm tərəvəzlər insan orqanizmi üçün olduqca faydalıdır. Lakin alimlər onları bir qida qəbulu zamanı yeməyi tövsiyə etmirlər.
3. Ət və süd məhsulları
Süd məhsulları (qatıq, pendir, kəsmik, xama və s.) kalsium və fosforla zəngindir. Kalsium və fosfor ət məhsullarında olan dəmirin mənimlənilməsi proseslərini pozur. Bu səbəbdən, məsələn, dolmanı qatıqla qəbul etmək düzgün sayılmır.
Süd məhsulları şirin meyvə və göyərtilərlə uyğundur.
4. Ət və paxlalılar (lobya, noxud, soya)
Diyetoloqlar bitki və heyvani zülallarla zəngin olan məhsulları birlikdə qəbul etməyi tövsiyə etmirlər. Bu mədə-bağırsaq sistemini yükləyir, zülalların mənimsənilməsi proseslərinə mane olur.
5. Ət qidalardan sonra çay və ya qəhvə
Çay və qəhvənin tərkibində olan maddələr dəmirin mənimsənilməsini pozur. Bu səbəbdən ət xörəklərindən sonra çay və ya qəhvə içdikdə siz qəbul etdiyiniz ətin faydalı xüsusiyyətlərini azaldırsınız.
6. Südlə sıyıqlar
Bu da uyğun olmayan birləşmə sayılır. Diyetoloqlar südü digər məhsullardan ayrı qəbul etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, bu əsasən böyüklərə aiddir. Böyüklərin orqanizmində süd zülalını parçalayan ferment az olur və ya heç olmur ki, bu səbəbdən bir çox böyüklərdə süd qəbulundan sonra köp, qarında ağrılar yaranır.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR