17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Məktəb yeməkxanalarına nəzarət güclənir - GÖSTƏRİŞ
“Məktəb yeməkxanalarında standartlara uyğun olmayan qidalar satılarsa, buna yol verən müəssisə ilə müqavilə ləğv ediləcək”.
Emtv.az-ın məlumatına görə, bunu “Xəzər xəbər”ə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təminat və Təchizat sektorunun müdiri Şahin İsgəndərov deyib.
Onun sözlərinə görə, məktəb yeməkxanalarını yeyinti ilə təchiz edən şirkətlərə də yeni tədris ilində standartlara əməl edilməsi üçün göstəriş verilib: “BŞTİ ilə İaşə xidmətinin təşkili məktəblərdə müvafiq müəssisələr arasında müqavilə bağlanıb. Müqavilə çərçivəsində iaşə xidmətinin təşkili işinin fəaliyyəti ilə bağlı məsuliyyət birbaşa həmin müəssisənin üzərinə düşəcək”.
Təhsil İdarəsinin rəsmisi onu da qeyd edib ki, eyni zaman da valideynlər də məktəb yeməkxanalarında satılan yeməklərin standartlara cavab verməsinə nəzarət edə bilərlər.
Qeyd edək ki, ötən il məktəblərdə məktəblilərin qidadan zəhərlənməsi halı cəmi bir dəfə müşahidə olunub ki, araşdırma zamanı həmin qidanın valideyn tərəfindən kənardan alınaraq məktəbə gətirildiyi müəyyən edilib.
Emtv.az