17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
11 illik məktəblər niyə ləğv olunur? - Açıqlaması
Təhsil Nazirliyi Azərbaycanda təmayülləşməyə keçidlə əlaqədar olaraq, 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yerli mətbuata bildirib ki, 2011-ci ildən Azərbaycanda pilot layihə şəklində tam orta təhsilin təmayüllər üzrə təşkili məsələsi gündəmə gəlib. Həmin ildən bu proses Bakıda təşkil olunub və sonradan coğrafiyası genişlənib.
C.Valehov qeyd edib ki, bu il Azərbaycanın 180-dan artıq məktəbində tam orta təhsilin təmayüllər üzrə təşkilinə start verilib: “Bu, o deməkdir ki, şagirdlərin meyl və maraqları nəzərə alınaraq, onlar həmin təmayüllər üzrə tam orta təhsillərini X-XI siniflərdə davam etdirə bilərlər. IX sinfə kimi isə ümumi orta təhsil mərhələsidir və bu təhsil icbaridir. Şagirdlər icbari təhsil pilləsini başa vurduqdan sonra həm orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərində oxuya bilər, həm də seçdikləri təmayül istiqamətlər üzrə təhsillərini tam orta təhsildə davam etdirə bilərlər”.
Nazirlik rəsmisi əlavə edib ki, müxtəlif regionlarda təmayüllərin siniflər təşkili bütün məktəblərdə mümkün olmur. Onun sözlərinə görə, orada məktəblərin imknalarına uyğun olaraq təmayül siniflər tam komplektləşmir: “O zaman bəzi rayonlarda təmayüllərin təşkili imkanı olan müəyyən məktəblərdə bu siniflər təşkil edilir. Təmayül siniflərin təşkil edilməsi prosesi bu qaydada aparılır və konkret məktəblərdə təmayülləşmə prosesi baş verir. Burada heç bir məktəbdə 11 ilk təhsilin ləğvindən söhbət getmir. Sadəcə, şagirdlər IX sinifdən sonra X-XI sinifdə dərinləşdirilmiş tədris proqramları ilə təmayül mərhələsi üzrə təhsillərini davam etdirirlər. Burada XI sinfin və yaxud tam orta təhsil mərhələsinin ləğvindən söhbət gedə bilməz. Təhsil haqqında qanunda 11 illik təhsil nəzərdə tutulub və onun ləğvi mümkün olan hal deyil. Sadəcə bəzi rayonlarda təmayül siniflər müəyyən məktəblərdə yaradılacaq. Təmayül siniflərin təşkili ilə bağlı əsasnaməyə uyğun olaraq təmayül istiqamətlər üzrə siniflərin təşkili imkan olan məktəblərdə yaradılır".
C. Valehov vurğulayıb ki, gələn tədris ilində bu prosesin kütləvi şəkidlə və daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır.
Nazirlik rəsmisi onu da qeyd edib ki, IX sinifdən sonra təmayül sinifləri, orta-ixtisas müəssisələri və ya peşə məktəblərini seçməyən şagirdlər adi siniflərdə tam orta təhsillərini (X-XI siniflər üzrə) davam edə bilərlər.
Emtv.az