SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Məleykə Abbaszadə dilə gəldi: “Maddi imkanımız yoxdur”

19-12-2016, 13:41 | Oxunub: 9 694 |

Məleykə Abbaszadə dilə gəldi: “Maddi imkanımız yoxdur”

IX siniflər üzrə sınaq imtahanları yazılı təşkil olunmayacaq, imtahan yalnız onlayn formada keçiriləcək.

Emtv.azın xəbərinə görə, yerli mətbuata bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, IX siniflər üzrə yazılı sınaq imtahanının keçirilməsinə nə şagirdlər, nə də qurum özü hazırdır: “Hazırda sınaq imtahanlarını keçirmək üçün maddi imkanımız yoxdur. Şagirdlər isə öyrəşiblər ki, sınaq imtahanı verəndən sonra təcili cavablarını alsınlar. Amma onlayn formada keçirilən sınaq imtahanlarının nəticələri iki həftə ərzində yoxlanılaraq təqdim olunacaq”.

M. Abbaszadə qeyd edib ki, IX siniflər üzrə buraxılış imtahanının I mərhələsinin nəticələri də 1 ay ərzində yoxlanılacaq və həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək. Hətta ekspertlərin rəylərinin də orada olacağını deyən Şura sədri vurğulayıb ki, yeni qaydalara əsasən imtahan nəticələri attestatlarda yalnız balla yazılacaq: “Mənfi ya müsbət, yaxşı və pis nəticə toplaması orada yazılmayacaq. İmtahanda hansı qiymət almasından asılı olmayaraq, şagird attestat alacaq. İmtahanın nəticələrinə əsasən şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər”.

M. Abbaszadənin sözlərinə görə, bu il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydalarla keçirildiyi üçün I mərhələnin nəticələrinə əsasən hər hansı bal məhdudiyyəti qoyulmayacaq. I mərhələdən 0 bal toplayan şagird sonradan müsabiqənin II mərhələsində, həmçinin orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə iştirak edə biləcək.

DİM Direktorlar Şurasının sədri deyib ki, iyun 14-də orta məktəblərdə dərslər bitəndən sonra buraxılış imtahanının II mərhələsi keçiriləcək: “İmtahandan iki gün sonra nəticələr açıqlanacaq. O zaman müəyyən olunacaq ki, hansı balla şagirdlərin kolleclərə sənəd verməsinə icazə veriləcək. Ola bilsin ki, yaxın bir ay ərzində kolleclərə yeni qəbul qaydaları ilə bağlı açıqlama verilsin. Bu qaydalar hələ müzakirə olunur”.
Emt.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR