SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Şahbuz ərazisində yayılan papaqlı göbələklərə dair yeni monoqrafiya çap olunub

7-09-2017, 14:51 | Oxunub: 7 920 |

Şahbuz ərazisində yayılan papaqlı göbələklərə dair yeni monoqrafiya çap olunub
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi Həmidə Seyidovanın “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yayılan papaqlı göbələklər” adlı monoqrafiyası işıq üzü görüb.

Monoqrafiya Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yayılan papaqlı göbələklərin taksonomik spektri, botaniki-coğrafi xüsusiyyətləri, nadir növlərin mühafizəsiistiqamətində aparılan elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunub.


2007-2015-ci illərdə Şahbuz rayonun Mərəlik, Sələsüz, Badamlı, Daylaqlı, Külüs, Keçilli, Qarababa, Mahmudoba, Nursu, Kükü, Kolanı və digər yerlərinə təşkil edilən ekspedisiyalar zamanı papaqlı göbələklərin növ tərkibi və yayılma zonaları dəqiqləşdirilib, onların mövsümi dinamikasının illər üzrə dəyişilməsi müəyyənləşdirilib.

Qeyd edək ki, tədqiqat dövründə toplanılan materiallar əsasında Şahbuz rayonunda 2 sinif, 7sıra, 25 fəsilə, 57 cinsə aid olan 93 növ papaqlı göbələk müəyyən edilib ki, onlardan da 16 fəsilə, 45 cins və 84 növ Naxçıvan mikobiotası üçün ilk dəfə olaraq verilir. Toplanılan göbələklərdən 4 cins, 18 növ isə Azərbaycan mikobiotası üçün ilk dəfə aşkar edilib.

Aparılan tədqiqatlar zamanı müəyyən olunub ki, ərazidə papaqlı göbələklərin 42 yeməli, 30 yeməli olmayan və 6 zəhərli növü vardır.

Yeni nəşr göbələklərə dair məlumatların öyrənilməsində, bioloji müxtəlifliyin qiymətləndirilməsində, ətraf mühitin mühafizəsinə dair proqramların hazırlanmasında, orta və ali məktəblərin tədris proqramlarının həyata keçirilməsində əsas mənbə kimi istifadə oluna bilər.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR