18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanlı cərrah cinsi bilinməyən uşağı oğlana çevirdi - AÇIQLAMA
Azərbaycanda qeyri-adi əməliyyat həyata keçirilib.
Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı və uroloqu mütəxəssis Fuad Hüseynov cinsiyyəti ayırd edilə bilməyən uşaq üzərində əməliyyat aparıb.
Emtv.az xəbər verir ki, həkim metbuat.az-a açıqlamasında əməliyyat haqqında danışıb: “Rayonlardan birində doğulan, cinsiyyəti bəlli olmayan uşaqla bizə müraciət etdilər. Biz xromosom analizi etdik və uşağın oğlan (46 XY) olduğu müəyyən edildi. Cinsiyyət orqanı əyri, ölçüsü isə çox kiçik idi. Sidik kanalının dəliyi xayalığa keçən hissəyə açılırdı”.
Həkimin sözlərinə görə, uşağı 2 mərhələdə əməliyyat edib. Birinci əməliyyat 3 saat çəkməklə 10 aylığında, ikinci əməliyyat isə 1.5 yaşında 3 saat yarım olmaqla həyata keçirilib. “Əvvəlcə, sidik kanalı bərpa edildi, yəni “yama” qoyuldu. Daha sonra cinsiyyət üzvü bərpa olundu. Sidik ifrazı normal hala gətirildi”.
Həkim əlavə edib ki, hazırda uşağın vəziyyəti yaxşıdır və onun gələcəkdə ata olmasında heç bir problem olmayacaq.
Emtv.az