SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Karateçilərimiz Türkiyədə 21 medal qazanıblar

31-08-2017, 12:26 | Oxunub: 7 680 |

Karateçilərimiz Türkiyədə 21 medal qazanıblar
Karate üzrə Azərbaycan milli komandasının üzvləri Türkiyənin Ərzurum şəhərində keçirilən 14-cü Beynəlxalq Palandökən turnirini 6-sı qızıl, 5-i gümüş, 10-u isə bürünc olmaqla 21 medalla başa vurublar.

Azərbaycan Milli Karate Federasiyasından bildiriblər ki, 14-15 yaşlı yeniyetmələrdən Fərid Ağayev (-52 kq), kişilərdən Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq) və Fəridə Əliyeva (+65 kq), eləcə də kumite yarışlarında A.Mamayev, A.Qurbanlı, Şahin Atamov, Əli Cəfərov, Niyazi Əliyev və Rafiz Həsənovdan ibarət heyət, katada isə Rövşən Əliyev, Tual Balcanlı və İsmayıl Quliyevin ibarət kollektiv komanda yarışlarında çempion olublar.

Gümüş medalı millimizin aktivinə 14-15 yaşlı yeniyetmələrdən Osman Osmanlı (+70 kq), 16-17 yaşlı gənclərdən Ceyhun İsmayılov (kata), İsmayıl Quliyev (-60 kq), Rövşən Əliyev (kata), qadınlardan isə Asya Məlikova (-50 kq) yazdırıb.

Bürünc mükafata isə 14-15 yaşlı yeniyetmələrdən Hüseyn Məmmədli (-57 kq), Elçin Quliyev (57 kq), Rəvan Bağırov (-63 kq), Hüseyn Hüseynzadə (-70 kq), 16-17 yaşlılarda Fidan Teymurova (-48 kq), Mədinə Sadıqova və İnci Əzizova (hər ikisi -53 kq), Tural Balcanlı (kata), Aysel Babayeva (-53 kq), həmçinin komanda yarışlarında Samir İbrahimov, Turqut Həsənov, Novruz Əliyev, Ceyhun Mustafayev və Tural Ələkbərli layiq görülüblər.

Qeyd edək ki, 24 ölkədən 500-dək idmançının iştirak etdiyi ənənəvi yarışda ümumi hesabda Azərbaycan karateçiləri ikinci yeri tutublar. Milli komandanın üzvlərindən başqa, Bakının, Sumqayıt, Gəncə və Naxçıvanın klublarını təmsil edən müxtəlif yaş qrupları üzrə idmançılar da medallar qazanıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR