18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Güləşçilərimiz Dağıstanda xatirə turnirində 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar
Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçirilib.
Emtv.az-ın məlumatına görə, Azərbaycan Güləş Federasiyasından qol.az-a verilən xəbərə görə, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
Keçirdikləri bütün görüşləri qələbə ilə başa vuran Mahir Əmiraslanov (57 kq) və Aslanbek Alborov (97 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb və turnirin qızıl medalını qazanıblar.
Yalnız final görüşündə uduzan Ağahüseyn Mustafayev (65 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş medalla kifayətləniblər.
Bürünc medalları isə yığmamıza Georgi Edişeraşvili, Pərviz İbrahimov (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq) və Məhəmməd Müslümov (65 kq) qazandırıblar.
Emtv.az