SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Karateçilərimiz beynəlxalq turnirdə 13 medal qazanıblar

14-08-2017, 11:28 | Oxunub: 8 889 |

Karateçilərimiz beynəlxalq turnirdə 13 medal qazanıblar

Karateçilərimiz İranının Urmiya şəhərində keçirilən kişilər arasında 13-cü beynəlxalq dostluq və həmrəylik turnirini 4 qızıl, 5 gümüş, 4 bürünc olmaqla 13 medalla başa vurublar.

Emtv.az xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrdən Tale Yaqubov (-57 kq) qızıl medala, Hüseyn Hüseynzadə, Sultan Hüseynov, Hüseyn Məmmədli bürünc mükafata sahib olub. 16-17 yaşlı gənclərdə Hümmət Baxşəliyev (-61 kq) birinci yeri, Müseyib Məmmədov (-55 kq) ikinci yeri, Kənan Mir Pənah (kata) və Murad Balakişiyev (-76 kq) isə üçüncü yeri tutub.

Böyüklərin yarışında Roman Heydərli (kata) çempion olub. Rafiz Həsənov (-67 kq) isə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Komanda çıxışlarında Şahin Atamov, Əli Cəfərov, Rafiz Həsənov, Novruz Əliyev, Pənah Abdullayev, Turqut Həsənov və Məhəmməd İsmayılovdan ibarət heyət yalnız İranın birinci komandasına məğlub olaraq gümüş medallara sahib olublar. Emil Güləhmədov, Murad Hacızadə, Orxan Əhədov, Samir İbrahimov, Elcan Məmmədrzayev, Ruslan Əhmədov və Hüseyn Əliyevdən ibarət ikinci komandamız isə Türkiyə komandası ilə birgə bürünc medal əldə edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Urmiyada ənənəvi yarışda iştirak edən heyətdə milli komandaların məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev, eləcə də beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb.

Urmiya şəhərində kişilər arasında 13-cü beynəlxalq dostluq və həmrəylik turnirində 13 ölkədən 312 idmançı mübarizə aparıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR