SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

VİTSE-PREZİDENTLƏR NƏ VAXT TƏYİN OLUNACAQ? - “Yaxın zamanlarda…”

31-08-2017, 11:58 | Oxunub: 8 251 |

VİTSE-PREZİDENTLƏR NƏ VAXT TƏYİN OLUNACAQ? - “Yaxın zamanlarda…”

Azərbaycanda bu ilin əvvəlindən hakimiyyətin yuxarı pilləsində ciddi struktur islahatlarına start verilib. 2017-ci ilin fevralında Prezident Administrasiyasında edilən dəyişiklik nəticəsində I vitse-prezident institutu formalaşdırıldı. Nəticədə birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olundu. Daha sonra bu il iyununda Prezident Administrasiyasında dövlət başçısına yeni köməkçilər təyin edildi, eyni zamanda yeni vəzifələr yaradıldı və onlara da təyinatlar gerçəkləşdi. Hazırda isə Nazirlər Kabinetində struktur islahatları həyata keçirilir.

Təyinatı gözlənilən vəzifələr sırasında vitse-prezident postları da var. Belə ki, Azərbaycanın bir və ya iki vitse-prezidentinin təyin ediləcəyi gözlənilir. Bəs bu təyinatların yaxın vaxtlarda gerçəkləşməsi mümkündürmü?

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc açıqlama verib.

Zahid Oruc bildirib ki, vitse-prezidentlik institutu 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş ümumxalq səsverməsi – referendumla Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin nəticəsində meydana çıxıb. “Düşünürəm ki, bu institutun yaradılması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi baxımından çox əhəmiyyətli bir tədbirdir. Bu institut prezident hakimiyyətinin daha uğurla çalışmasına, möhkəmlənməsinə və hakimiyyəti dayanıqlı etməsinə xidmət edir. Digər tərəfdən də islahatların sürətlə həyata keçirilməsinə mühüm vasitədir.

Mehriban Əliyevanın I vitse-prezident təyin olunması onun prezidentin xanımı olmasından daha çox, son illər ərzində həyata keçirdiyi genişmiqyaslı fəaliyyəti ilə əlaqədardır. Düşünürəm ki, belə bir çevik, kifayət qədər ciddi və möhkəm iradəyə malik olan, ən mühüm humanitar missiyanı daşıyan xanım liderin bu vəzifəyə yüksəlişi cəmiyyət tərəfindən də müsbət qarşılanıb. Çünki başqa heç bir namizəd o komponentləri özündə daşımır”.


Deputat hesab edir ki, vitse-prezidentlər postuna yaxın zamanlarda təyinatlar ola bilər.

“Bu təyinatların olmasının insanlar tərəfindən gözlənilməsi başadüşüləndir. Hesab edirəm ki, hər hansı bir təyinat sadəcə adlardan ibarət deyil. Həmin şəxslərin yerinə yetirəcəyi missiya önəmlidir. Biz bu gün iqtisadi, sosial sahədə daha dərin islahatların həyata keçirildiyini görürük. Bir neçə il öncə sosial yardımların verilməsindəki problemləri açıq şəkildə görürdük. Lakin həmin sahədə yeni innovativ proqramlar tətbiq olundu. Gerçək ünvanlılığının təminatı üçün imkanlar yarandı. Ancaq bu proses hələ də davamlı olmalıdır. Hələ də iqtisadi sahədə islahatların həyata keçirilməsinə baxmayaraq, idxaldan asılı qalırıq. Cənab prezident də hər zaman bu sahədə ən önəmli məsələləri qarşıya qoyur. Belə olan təqdirdə həmin sahələrə təyin olunacaq vitse-prezident orada işlərin koordinasiya edilməsinə və ölkə başçısı tərəfindən verilən tapşırıqların uğurla həyata keçirilməsinə dəstək verə bilər. Hesab edirəm ki, bu hakimiyyətdə idarəçiliyin ahəngdarlığına müsbət təsir edər. Vitse-prezidentlərin təyin olunması birbaşa olaraq ölkə başçısının səlahiyyətində olan məsələdir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR