SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Putinizm bandit kapitalizmin yüksək və sonuncu mərhələsidir”

25-08-2017, 14:33 | Oxunub: 7 386 |

“Putinizm bandit kapitalizmin yüksək və sonuncu mərhələsidir”

Media məşhur publisist Andrey Piontkovskinin Rusiya siyasətinin incəliklərindən bəhs edən yazılarını təqdim etməkdə davam edir. Yazarın son məqaləsini kiçik ixtisarla oxucularımıza təqdim edirik.

“Biz Lenin deyəndə Partiya- Partiya deyəndə Lenini düşünürük”.(V.Mayakovski)

Putinizm- Rusiyada bandit kapitalizmin yüksək və sonuncu mərhələsidir. Putinizm –müharibə deməkdir, nifrət əsasında hansısa etnik qrupa qarşı millətin “konsolidasiyasıdır”, azad sözə qarşı hücumdur, informasiya zombiləşməsidir, xarici aləmdən izolyasiya, iqtisadi deqradasiyadır.
Putin yaxın beşilliyə -2022 ci ilə kimi strateji vəzifələri müəyyənləşdirməklə məşğuldur.


1. Hakimiyyətin konvertasiya edilib özününküləşdirməsi (özəlləşmənin yeni mərhələsi vasitəsilə; gəlir gətirən biznesin inkiçafl üçün hakimiyyət strukturları tərəfindən büdcə vəsaitlərindən istifadə etməklə; yeni “rent” yaratmaqla)

2. 1990-2000-ci illərdə ələ keçirilmiş mülkiyyətin varislik üzrə ötürülməsini təmin etmək, sülalə aristokratiyası yaratmaq.

3.Qərbdə alınmış mülkiyyətin legitimliyini təmin etmək


Rusiyada son onilliklərdə real siyasi və iqtisadi hakimiyyətə yiyələnmiş varlı məmur-biznesmenlərin dar dəstəsi ölkəni əməlləri ilə acnacaqlı vəziyyətə salmaqlarına baxmayaraq, bundan sonra da əvəzolunmayan, seçilməyən kasta olaraq hələ də özlərinin müqəddəs haqqına və tarixi missiyalarına inanırlar.Təsərrüfatçılığın Rusiyada bərqərar olmuş modeli demək olar ki, yararsızdır və bütün sosial üzvlərin məhvinə, cəmiyyətin geridönməz aşınmasına doğru aparır. Dövləti ələ keçirmiş məmurlar şəxsi sahibkarlığın məsuliyyətindən azad olubalar. Onların idarəetməsiinin keyfiyyəti nə qədər aşağı olsa da, sahiblərinin, ağalarının şəxsi xərcləri nə qədər çox olsa da, şirkətləri heç vaxt iflas olmaz, müflis olmaz. 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində yeni doğulmuş rus kapitalizmini hakimiyyətlə güclə bağlayan nomenklatura toru nəinki kəsilməmiş qaldı, həm də böyük doymaz bağırsağa çevrildi.

İranın , Rusiya Federasiyasının və Şimali Koreya hakimiyyətinin aqressiyasına qarşı sanksiyalar haqqında yeni Amerika qanunu-hətta istəyirsinizsə bunu üçüncü strateji vəzifəsini yerinə yetirən və Birləşmiş Ştatlarda öz xəzinəsini qoruyan bütün Rusiya Federasiyasının siyasi rəhbərliyini qanundan kənar elan edilməsi kimi adlandırmaq olar. ABŞ Maliyyə kəşfiyyatına tapşırılıb ki, 180 gün ərzində ( çox güman ki, onlara çoxdan məlumdur) Rusiyanı idarəedən sinfə mənsub bütün sərvətləri aşkar edib, hamıya elan etsin. Bundan sonra ABŞ-da, cinayət yolu ilə əldə olunmuş pulların yuyulması haqqında qüvvədə olan qanunlar işə düşəcək. Bu ABŞ-ın prinsipcə Putinin kleptokratik( oğru) rejiminə qarşı münasibətinin yeni formasıdır.

Nədən bu qanunlar əvvəllər də tətbiq olunmayıb? Yaxşı sualdır. Ona görə ki, müyyən vaxta qədər bu situasiya heç vaxt kristal prinsipiallığı ilə seçilməyən Qərbi qane edirdi. Amma, saysız-hesabsız pulların təsirindən sərxoş olan genişləndirilmiş “siyasi büro”nun üzvlərinin ürəyindən keçirdi ki, özləri və nəsilləri üçün də “geopolitik genişlənmə ” baş versin. Və amerikalı qızıl balıqdan təkcə Qərbin varlı adamları kimi yeni statusu deyil, həm də dünyanın yarısına hakim olmaqlarını və onların hakimiyyətinə tabe olacaqlarını qəbul edən xalqların və dövlətlərin yeni “Yalta razılaşması”nı tələb etdilər. Buna bənzər bir şey soyuq müharibə illərində nə SSRİ ilə baş vermişdi, nə də Rusiyanın tərəfdaşları- İran və Şimali Koreya ilə. İran və Şimali Koreya rəhbərlərinin Amerika banklarında vəsaitləri yoxdur. Amma, Rusiyanı idarə edənlərin qızıl milyarderlər yüzlüyü faktiki olaraq beynəlxalq cinayət təhqiqatının obyektləridir. ABŞ maliyyə kəşfiyyatının diqqət mərkəzində olan ünvanlarını mətndən sitat gətirirəm:” Rusiya hakimiyyətinə yaxınlığı olan məşhur siyasi xadimlər və oliqarxlar, onların əmlakı, Putinə və idarəedən elitaya yaxın olanlar, korrupsiyada iştirak edənlər, gəlir mənbəlıri, onların ailə üzvlərinin vəsaitləri və xarici bizneslə bağlı olanlar”.


Bu gündən sonra onlara hər məsələdə etiraz edib, imtina edəcəklər. Burda təkcə onların əmlakına, bankdakı pullarına deyil, onların həyat tərzinə olan basqı var, o həyat tərzi ki, bunsuz yaşamanı mümkün hesab etmirlər. Tibb, təhsil, ən əla kurortlarda əmlak sahibi olma və dincəlmə. Bunsuz yaşamağı belə təsəvvür etmirlər. Putinə yaxın olduğuna görə viza verilməyəcək məhdudiyyətinə kimi. Bu gün Rusiya ilə, sabah da onun dostları olan postsovet ölkələri ilə bu baş verəcək.


Bəs, “qızıl yüzlüyə” daxil olan ali rus rəhbərliyi, genişləndirilmiş”Siyasi büro” bu zaman özünü necə aparacaq? Bu adamlar çox mürəkkəb vəziyyətdədirlər. Qərbə gedən yol və ən əsası bank hesabları bağlanıb. Etiraz marşlarında- “PUTİN OĞRUDUR” hayqıran rus gəncliyi daha da möhkəmlənir.

Bəşəriyyətə Üçüncü dünya müharibəsi elan etmiş Rusiya məğlub oldu. Dördüncü də uduzulur, heç bir “Yalta” olmayacaq. Özünü aparmağın dinamikasını təcili dəyişmək lazımdır. İki variant var: Hibrid kapitulyasiya və hibrid gərginləşdirmə -Putinlə və Putinsiz. Hibrid kapitulyasiya “Dördüncü” dünya müharibəsinin yekunu deməkdir, Qərb bunu Kremlin kapitulyasiyası ki i qəbul edəcək. Və bu barədə Vaşinqtonda payızda Trask 2 də qeyri formal danışıqlarda razılşdırılmışdı. Putin Donbasdan gedir, qeyri-müəyyən müddətə Krım qalır. Amma, indi Vaşinqton çətin bu şərtə razı olsun.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR