17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Putin Trampla yaxınlaşmq üçün: Biznesmenləri vasitəçi salır
Rusiya Amerika ilə gərginləşən münasibətləri biznes yolu ilə yaxşılaşdırmağa çalışır.
Emtv.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Peterburda keçirilən beynəlxalq iqtisadi forumda iştirak edən amerikalı biznesmenləri iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün kömək etməyə çağırıb.
“İnterfaks” agentliyinin məlumatına görə, Rusiya prezidenti ABŞ lideri ilə normal siyasi dialoqu bərpa etmək üçün biznesmenlərin yardımına ümid bəslədiyini deyib.
Həmçinin qeyd edib ki, bu, hər iki ölkənin mənafelərinə xidmət edir.
Nəticə əldə etmək üçün ciddi səylərə ehtiyac olduğunu deyən prezident siyasi iradənin də vacibliyini önə sürüb.
Prezident xatırladıb ki, ən çətin tarixi zamanlarda, hər iki ölkə fərqli siyasi və ideoloji sistemə malik olanda belə ABŞ Rusiyanın önəmli ticari tərəfdaşı olaraq qalıb. Məsələn, SSRİ-də sənayeləşmə zamanı amerikalı biznesmenlər çox kömək edib.
ABŞ-la iqtisadi münasibətlərin hətta "soyuq müharibə" dövründə də davam etdiyini deyən prezident bildirib ki, hazırda Rusiya bazarında Amerika kapitalı ilə işləyən 3000-dən artıq şirkət var. Bu şirkətlərdə 180 mindən çox əməkdaş çalışır.
Emtv.az