18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“ABŞ Rusiyaya qarşı tam həcmli ticarət müharibəsinə başladığını elan etdi”
“ABŞ yeni sanksiyalar haqda qanunu qəbul etməklə Rusiyaya qarşı tam həcmli ticarət müharibəsinə başladığını elan etdi”.
BBC xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev “Facebook” səhifəsində yazıb.
Rusiya hökumətinin başçısı sanksiyalar haqda qanuna münasibət bildirərək, yazıb: “Birincisi, ABŞ-ın yeni administrasiyası ilə münasibətlərin yaxşılaşacağına ümid öldü. İkincisi, Rusiyaya qarşı tam həcmli ticarət müharibəsi elan edildi. ABŞ siyasətçiləri Trampı təmiz məğlub etdilər. ABŞ prezidenti sanksiyanın qəbul edilməsinə şad deyil, bununla belə o, bunu imzalamaya da bilməzdi. Yeni sanksiyalar ilk növbədə Trampı yerində oturtdu. Qarşıda yeni yanaşmalar var. Son hədəf onu hakimiyyətdən uzaqlaşdırmaqdır. Sistemdən kənar oyunçu məhv edilməlidir”.
Qeyd edək ki, avqustun 2-də ABŞ prezidenti İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqda qanun layihəsinin imzalayıb.
Xatırladaq ki, iyulun 28-də ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanunu qəbul edib. Konqresin səsvermə hüququ olan 435 üzvündən 419-u, Senatda isə 98 senator sənədin lehinə, eləcə də 3 konqresmen və 2 senator qanunun əleyhinə səs verib.
Ümumilikdə, 184 səhifəlik sənədin yarısı Rusiyaya həsr edilib. Orada Moskvanın Ukraynadakı fəaliyyəti, ABŞ və başqa dövlətlərdə kibertəhlükəsizliyə ziyan vurulması və seçkilərin nəticələrinə təsir etməyə cəhd, Suriyadakı Bəşşar Əsəd rejimini dəstəkləməsi, korrupsiya, insan haqlarını pozması və başqa bu sayaq məsələlərlə bağlı əməlləri öz əksini tapıb. Sanksiya Rusiyanın neft-qaz və maliyyə sahələrini əhatə edir.
Emtv.az