SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

PREZİDENTİN MÜDAXİLƏSİ GÖZLƏNİLİR! - “Turan”ın ətrafında nə baş verir və Mehman Əliyev sərbəst buraxılacaqmı?

25-08-2017, 11:47 | Oxunub: 14 949 |

PREZİDENTİN MÜDAXİLƏSİ GÖZLƏNİLİR! - “Turan”ın ətrafında nə baş verir və Mehman Əliyev sərbəst buraxılacaqmı?

“Turan” agentliyinin rəhbəri Mehman Əliyevin saxlanılması məsələsinə Prezident İlham Əliyevin müdaxiləsi gözlənilir. Emtv.az xəbər verir ki, bu barədə azpolitika-ya məlumatlı mənbə xəbər verib. “Çox böyük ehtimalla, yaxın günlərdə Mehman Əliyev Prezidentin müdaxiləsi ilə sərbəst buraxılacaq” – mənbə bildirib.

M.Əliyev dünən Vergilər Nazirliyi Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə çağırılıb və burda ona qarşı vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb, barəsində cinayət işi başlanıb. M.Əliyevin şübhəli şəxs qismində 48 saatlıq saxlanılmasına qərar verilib. O, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Məntəqəsinə aparılıb.

M.Əliyevin saxlanılması müəmmalarla doludur. Ona qarşı belə sərt münasibəti anlamaq çətindir. Cənab Əliyevin rəhbərlik etdiyi agentlik son illərdə ictimai rəyə təsirini demək olar ki, tamamilə itirmişdi. Eyni zamanda, M.Əliyevin özü də bir xeyli ehtiyyatlı, korrekt mövqeyi ilə diqqətlərdən kənarda qalmışdı. Belə olduğu halda hakimiyyət ona qarşı niyə bu qədər sərt olsun? Başqa sözlə, M.ƏLİYEVİN HANSI FƏALİYYƏTİ VƏ KİMİ QƏZƏBLƏNDİRİB?

Bu suala ağılabatan cavab tapmaq çətindir. Hazırda M.Əliyevin saxlanılması ilə bağlı ən populyar versiya ondan ibarətdir ki, o, jurnalistlərə ev bölgüsü məsələsində Prezident Administrasiyasının təkliflərini rədd etdiyi üçün qəzəbə gəlib. Lakin bu versiyanı ciddi qəbul etmək mümkün deyil. Xüsusən də nəzərə alsaq ki, M.Əliyevin PA-nın müvafiq şöbəsi ilə yaxşı münasibətləri olub, hətta bəzi siyasi məsələlərdə ondan müxalifət daxilində vasitəçi kimi istifadə olunub, belə xırda məsələyə görə ona qarşı sərt mövqe tutmazdılar.

Lakin çox əhəmiyyətli bir detalı diqqətdən yayındırmasaq, ehtimal irəli sürə bilərik ki, kimlərsə “Turan” agentliyinin fəaliyyətini davam etdirməsində maraqlı deyil. Məlum olduğu kimi, “Turan” agentliyinin kollektivi bu gün bəyanat yayıb ki, sentyabrın 1-dən agentliyin fəaliyyətini dayandıracaqlar…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR