SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Turan İbrahimli ATV-dən uzaqlaşdırıldı? - Skandalın arxasındakı gerçəklik

2-05-2017, 10:55 | Oxunub: 8 408 |

Turan İbrahimli ATV-dən uzaqlaşdırıldı? - Skandalın arxasındakı gerçəklik
“Azad Azərbaycan” telekanalında yayımlanan “ATV səhər” proqramının fəaliyyəti dayandırılıb. Bununla bağlı mediaya açıqlama verən ATV-nin “Ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr” departamentinin rəhbəri və ATV “Səhər” verilişinin aparıcısı Turan İbrahimli bildirib ki, mövsümün bitməsinə bir ay qaldığına görə, rəhbərlik verilişin yayımının dayandırılması ilə bağlı qərar qəbul edib. “Ümumiyyətlə ATV kanalındakı fəaliyyətinizi davam etdirəcəksinizmi”, sualına isə aparıcı bu cür cavab verib: “Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız “ATV SƏHƏR” yayımını dayandırır. “ATV SƏHƏR”in yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcək.”

Turan İbrahimov sonda onu da əlavə etdi ki: “Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar…”

Bununla yanaşı, məlumata görə, “ATV SƏHƏR” verilişinin dayandırılması heç də Turan İbrahimlinin iddia etdiyi kimi, mövsümün başa çatması ilə bağlı olmayıb. Mənbənin sözlərinə görə, “ATV SƏHƏR”-də yayımlanan reportajlar və şəxsən Turan İbrahimlinin ziddiyyətli şərhləri hakimiyyət dairələrində və xüsusilə ayrı-ayrı dövlət orqanlarının rəhbərlərində ciddi narazılıq doğurmuşdu. Müxtəlif vaxtlarda İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarına Nəzarət Palatası, şəhər və rayon icra hakimiyyətləri, o cümlədən Sovetski ərazisində həyata keçirilən söküntü işlərinə dair Turan İbrahimlinin şərhləri ilə bağlı Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident Administrasiyasına şikayət etmişdilər.

“Turan İbrahimli bütün sədləri aşaraq azərbaycançılıq ideologiyasını müdafiə etdiyinə görə millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadənin faktiki təhqir etmişdi. Üstəlik, o, mütəmadi olaraq dövlət idarəçilik sisteminin hansısa çatışmazlıqları barədə tez-tez danışır və cəmiyyətdə mənfi rəy formalaşdırırdı”. Mənbə onu da deyib ki, bir neçə gün bundan öncə Turan İbrahimlinin “ATV SƏHƏR”də Milli Şuranın aprelin 8-də keçirdiyi etiraz aksiyasına dəstək ifadə edən fikirlər səsləndirməsi də diqqətdən yayınmamışdı.

“Məhz bu səbəblər “ATV SƏHƏR”in bundan sonrakı fəaliyyətini mümkünsüz edib. Üstəlik, Turan İbrahimlinin özü də telekanaldan uzaqlaşdırılıb”, – deyə mənbə bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR