SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“TURAN”I BAĞLAYA BİLƏRLƏR” – “Hər kəsi, hər şeyi nəzarət altına götürürlər”

16-08-2017, 10:24 | Oxunub: 7 469 |

“TURAN”I BAĞLAYA BİLƏRLƏR” – “Hər kəsi, hər şeyi nəzarət altına götürürlər”
“Cinayət işi çərçivəsində yoxlama gedir”.

Bu haqda mətbuata açıqlamasında hazırda ofisində yoxlama prosesi aparılan “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev məlumat verib.

Onun sözlərinə görə, “Turan”a qarşı külli miqdarda vergidən yayınma ittihamı irəli sürülüb və bu çərçivədə hazırda yoxlama prosesi gedir: “İttiham var ki, külli miqdarda vergidən yayınmışıq. Avtomatik olaraq yoxlama başlanılır. Azərbaycanda bu proseslərin necə getdiyini hamımız bilirik. Nəticəni də təxmin etmək çətin deyil. “Turan”ı bağlaya bilərlər. Təbii ki, bu proses qanunazidd hərəkətlər nəticəsində baş verə bilər”.

Müsahibimiz “Turan”ın, eləcə də rəhbəri olduğu rusdilli saytın – contact.az-ın son dönəmlərə aid hansısa yazısı, xəbəri əsasında bu təzyiqin başlanma ehtimalını isə qəbul etmədi. M.Əliyev bildirdi ki, ümumiyyətlə, ölkədə azad mətbuat adına heç nə qalmayıb: “Hər kəsi, hər şeyi nəzarət altına götürürlər. İndi isə, nəzarəti tam ələ keçirmək istəyirlər. Öncə sənədləri yığıb aparacaqlar, sonra da… Davamı hər zamankı kimi olacaq. Azərbaycanda onsuz da belədir. Öncə cinayət işi açırlar, sonra yoxlama, sənədlərin təftişi gedir”.

M.Əliyev hazırda “Turan”da iş prosesinin davam etdiyini dedi: “Biz də işləyirik, onlar da… Biz xəbər hazırlayırıq, onlar sənədləri yoxlayırlar”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR