SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“RUSİYA BELARUSUN İŞĞALINI DÜŞÜNÜR!” – “Qərb-2017” təlimlərindən sonra nə baş verəcək?

23-08-2017, 12:22 | Oxunub: 4 479 |

“RUSİYA BELARUSUN İŞĞALINI DÜŞÜNÜR!” – “Qərb-2017” təlimlərindən sonra nə baş verəcək?

Rusiya “Qərb-2017” kod adlı iri miqyaslı təlimlərdə iştirak etmək üçün öz hərbi qüvvələrini 14 avqust tarixindən Belarusa daşımağa başlayıb. Moskvanın oponentləri bildirirlər ki, Rusiyanın təlimlərdəki başlca məqsədi şərqi Avropanın bu ölkəsində daimi hərbi baza yaratmaqdır.

“Newsweek”-in məlumatına görə, Moskvanın sentyabr ayında keçiriləcək hərbi təlimlərin adi təlimlər olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, Belarusdakı tənqidçilər Vladimir Putinin uzunmüddətli məqsədləri ilə bağlı şübhələrini dilə gətirirlər. Rəsmi şəkildə bildirilib ki, “Qərb-2017” hərbi təlimlərində 12,7 min rus əsgəri iştirak edəcək və onlar Belarus ərazisində Rusiyanın qərb sərhədləri boyunca hərəkət edəcəklər.

Putin NATO alyansına və beynəlxalq müşahidəçilərə, eyni zamanda da həyəcanlanmış Baltik ölkələrinə təlimlər haqqında bütün lazımı məlumatları verib. Lakin Belarusdan olan bəzi tənqidçilər Rusiya liderinin strategiyası ilə bağlı öz dərin narahatlıqlarını bildirməkdə davam edirlər.


Rusiya Krımı 2014-cü ildə ilhaq etdikdən sonra, NATO-nun tərkibindəki Rusiyaya qonşu olan ölkələr Moskvanın regionda aqressiv hərbi siyasi fəaliyyətlərinə qarşı öz müdafiə sistemlərini möhkəmləndirməyə çalışırlar.

2015-ci ildə ABŞ NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturu gücləndirməkdən ötrü, Baltik ölkələrində və Polşada çoxmillətli taktiki qruplar yerləşdirmək planını işə salmağa başladı. Bundan sonra Moskva bəyan etdi ki, NATO-nun planları Rusiyanın izolyasiyaya salınmasına xidmət edir və ona görə də, o, Baltik sərhədləri yaxınlığında öz müdafiə mövqelərini yaxşılaşdırmağa çalışacaq. O vaxtdan indiyədək NATO və Rusiya silahlanır və daima hərbi təlimlər keçirir.

“Qərb” kod adlı təlimlər hər dörd ildən bir keçirilir. Rusiya ilə Qərbin münasibətlərindəki yüksək gərginliyə baxmayaraq, heç kim “Qərb-2017”-nin istisna təşkil edəcəyini vurğulamır. Əvvəllər söylənilirdi ki, bu təlimlərdə 100 min Rusiya hərbçisi iştirak edəcək. Ancaq “Beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə Almaniya institutu”nun aparıcı əməkdaşı Marqaret Kleyn “Deutsche Welle” nəşrinə bildirib ki, bu rəqəm təlimlərdən əvvəlki iri miqyaslı hazırlıq mərhələsində işçi personalın sayını da əhatə edir.

Rusiyanın niyyətləri ilə bağlı gəzən digər şayiələr də narahatlığın artmasına səbəb olub. Belə ki, hələ 2009-cu ildə Qərbin xeyli sayda mətbuat orqanı xəbər vermişdi ki, ”Qərb-2009” təlimləri zamanı Rusiya Polşaya nüvə zərbəsinin vurulmasını məşq edib. Lakin “CNN” bu informasiyanın öz təsdiqini tapmadığı haqqında xəbər yaydı.
“RUSİYA BELARUSUN İŞĞALINI DÜŞÜNÜR!” – “Qərb-2017” təlimlərindən sonra nə baş verəcək?

“Real Clear Defense” nəşrinin məlumatına görə, bəziləri belə güman edirdilər ki, 2009-cü ildəki təlimlər Gürcüstandakı hərbi fəaliyyətlərin aktivləşdirlməsi ilə bağlıdır və 2013-cü ildəki təlimlər isə Rusiyaya 2014-cü ildə Ukraynadakı hərbi müdaxiləyə hazırlıq görülməsinə yardım göstərib. Amma həmin nəşr onu da qeyd edir ki, builki təlimlər yaxın gələcəkdə hər hansı birbaşa təcavüz üçün vasitə deyil. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də həmçinin bu fikri bölüşür.

“Azad Avropa radiosu”na verdiyi müsahibəsində Saakaşvili deyib: ”Mən hesab edirəm ki, təhlükə Belarusun özünə yönələcək, çünki mənə elə gəlir ki, hərbi qulluqçuların və hərbi avadanlığın bir hissəsi təlimlərdən sonra Belarus ərazisində qalacaq. Təlimlərin keçirildiyi zaman onlar çətin ki, nə isə bir şey etsinlər. Amma təlimlər qurtardıqdan sonra istənilən tələni gözləmək olar. Məncə indi onlar Belarusun tamamilə işğal edilməsi və ölkənin ilhaqı barəsində düşünürlər. Bu isə regionda növbəti böhranın başlanğıcı olacaq”.

Rusiya Belarusun suverenliyinə qarşı hər hansı bir fəaliyyətdə olmadığını bəyan edir. Aleksandr Lukaşenko 1994-cü ildə bu ölkənin ilk postsovet prezidenti olduqdan sonra Kremli dəstəkləyib. Onu da qeyd edək ki, “Qərb-2017”-nin başlamasına qədər Rusiya və Belarus operativ idərəetmə orqanlarının müştərək təlimlərini keçirəcəklər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR