17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
RUSİYA POLŞAYA HÜCUM PLANINI MƏŞQ EDƏCƏK! – “Təlimlər qəfil hücuma çevrilə bilər!”
Rusiya “Qərb-2017” təlimlərində nə göstərəcək?
Amerikan ordusunun Avropadakı komandanı Ben Hoces Rusiyanın Belarus ilə birlikdə sentyabr ayında keçirəcəyi “Qərb-2017” təlimləri ilə bağlı öz narahatlığını bildirib. O deyib ki, bu təlimlər Rusiyanın həyata keçirdiyi digər hərbi əməliyyatlardan diqqəti kənara çəkən “Troya atı” ola bilər.
Burada ilk növbədə söhbət Belarusdan gedir. Belə ki, təlimlərdən sonra Belarusda Rusiyanın hərbi infrastrukturu saxlanıla bilər ki, bu da öz növbəsində Minskə təzyiq göstərmək yoluyla gələcəkdə həyata keçiriləcək hər hansı hipotetik hücum əməliyyatı üçün əlavə imkanlar yaradar.
Rəsmi məlumatlara görə, təlimlərdə iştirak edəcək hərbçilərin nəzərdə tutulan sayı 15 min nəfəri keçməyəcək. Ancaq iştirakçıların sayının 100 min nəfəri ötəcəyi barəsində də məlumat var.
Bəs, görəsən təlimlərin gedişi zamanı Rusiya nələri nümayiş etdirmək istəyir?
1. Müxtəlif texnikalardan istifadə etməklə massiv avia-raket zərbələrinin endirilməsi
“Qərb-2017” təlimləri düşmənin hava müdafiəsini yarmaq üçün “yer-yer”, ”su-yer” və “hava-yer” sinfindən olan və müxtəlif isiqamətlərdən gələn raketlərin koordinasiyalı şəkildə əlaqələndiliməsinə imkan verəcək. Xüsusilə qeyd etmək lazımdır ki, son bir neçə ildə Şərqi-Mərkəzi Avropa regionuna göndərilən texnikalardan bu tip əməliyyatlarda istifadə edilib.
Bu təkcə “İskander” raket kompleksi yox, həmçinin “Buyan-M” layihəsindən olan “Kalibr-NK” qanadlı raketləri və ya “Tu-95” və “Tu-160” strateji bombardmançı təyyarələridir. Sadalanan sistemlərin əksər hissəsi həm konvensional, həm də nüvə raketləri ilə təchiz oluna bilər.
Rusiya öz hərbi doktrinasının əsas gücünü bombardmançı təyyarələrlə birlikdə, Suriyada sınaqdan çıxarılan “Kalibr” raketləriylə koordinasıya olunmuş şəkildə vurulacaq zərbələrə istiqamətləndirir.
İri miqyaslı təlimlərin üstünlüyü texnikanın daşınması, yerdəyişməsi və həmçinin də aviasia-raket zərbələrinin koordinasiyasını sınaqdan keçirməyə yaxşı imkan yaratmasındadır.
Bundan başqa raket potensialının möhkəmləndirilməsi ilə bağlı plana uyğun olaraq, Kalininqrad vilayətində və ya Belarusda komanda-qərargah təlimləri keçirmək olar.
Onu da həmçinin əlavə etmək lazımdır ki, Minsk öz silahlı qüvvələrinin döyüş cərgəsinə “Polonez” yaylım atəş sistemləri qəbul edib.
2. Qoşunların sürətli daşınması
Rusiyalıların öz bacarıqlarını göstərməyə qərar verə biləcəkləri növbəti sfera, əmr verildikdən sonra minimal müddət ərzində qoşunların uzaq məsafələrə daşınmasıdır.
Rusiya silahlı qüvvələri artıq birinci il deyil ki, aktiv şəkildə döyüş hazırlığı yoxlaması ilə məşğul olurlar. Yəni onlar planlaşdırılmamış təlimlərdə ayrı-ayrı dəstələrin təlim- döyüşlərinə necə sürətlə qoşulmalarını aydınlaşdırır. Çox vaxt belə tdbirlərdə silahlı güclərin uzaq məsafələrə daşınması da həyata keçirilir. Belə ssenari təlimlərdə iştirak edənlərin sayını sürətlə artırmağa imkan verir.
Digər mühüm aspekt – müxtəlif qoşun növlərinin (məsələn, quru qoşunları və hava-desant qüvvələri) qarşılıqlı şəkildə fəaliyyəti və ya bir neçə müxtəlif ərazilərdə eyni anda əməliyyatların aparılmasıdır.
Ehtimal olunur ki, ”Qərb-2017” ilə eyni vaxtda ayrıca digər iri hərbi təlimlər də başlayacaq. Bu Ukrayna ilə sərhəddəki Cənub Hərbi dairəsində də ola bilər.
3. Yeni nəsil silahlı sistemlərdən istifadə olunması və onların daşınması
“Qərb-2107” təlimləri Rusiya ordusunun döyüş cərgəsinə daxil olan modernləşdirilmiş və ya müasir hərbi texnikanı göstərməyə imkan yaradır. Məsələn, ”Şərq-2014” təlimlərinin gedişində Uzaq Şərq hərbi dairəsində ilk dəfə geniş şəkildə “İskander” (bunu çox vaxt “İskander-K” adlandırırlar) kompleksində istifadə olunan yeni qanadlı raketləri nümayiş etdirib.
Bu cür nümayiş bir tərəfdən təbliğat məqsədilə edilirsə, digər tərəfdən də, yeni silahların sınaqdan çıxarılması ilə yanaşı bundan düzgün nəticələr çıxarmaqda da çox faydalıdır.
Başqa bir aspekt isə böyük sayda müasir texnikanın konkret hər hansı bir rayona sürətli daşınmasıdır. “Qərb-2017” təlimlərində çoxməqsədli “Su-35” və “Su-30CM” təyyarələrinin taktiki aviasiya və ya raket artilleriyası ilə birgə iştirakı gözlənilir. Bundan başqa ruslar “Ka-52” və “Mi-28H” müasir döyüş vertolyotlarını da nümayiş etdirə bilərlər.
4. Belarusun vahid Hava Hücumundan Müdafiə sistemi
“Qərb-2017”-nin gedişində Rusiya və Belarusun Hava Hücumundan Müdafiə sistemlərinin qarşılıqlı şəkildə fəaliyyət göstərməsi də işlənib hazırlanacaq. Manevrlər Rusiyanın radiotexniki dəstələri və ya zenit-raket qoşunlarnın (həmçinin müasir “S-400” sistemlərindən istefadə etməklə) əməliyyatları ilə müşayiət olunacaq.
5. Qeyri konvensional fəaliyyətlər
Böyük ehtimalla, təlimlərə Rusiyanın radioelektron mübarizə qoşunları və xüsusi təyinatlı dəstələri də qoşulacaqlar. Xüsusi təyinatlılar özlərinin belaruslu həmkarları ilə birgə məşqlərdə bir nüçə dəfə iştirak ediblər. Əgər NATO gücləri ilə hipotetik toqquşma kontekstindən yanasaq, onda Rusiyanın hərbi doktrinasında radioelektron mübarizə üsulu müasir silahlardan istifadə etmək baxımından mühüm yer tutur.
Bundan əlavə manevrlərin gedişində radioelektron mübarizəsi gücləri ilə birlikdə kiberməkanda əməliyyat aparılmasını da gözləmək mümkündür.
Xatırlatmaq istərdiki ki, ”Qərb-2013” təlimlərinin ssenarisinə Baltik ölkələrindən gələ biləcək “terror qruplaşmalarına” qarşı mübarizə də daxil idi.