18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
BALTİK DƏNİZİNDƏ RUSİYA-ÇİN TƏXRİBATI – Bu dəniz barıt çəlləyinə çevrilir
Uzaq Çinin üç hərbi gəmisi indi Baltik dənizində Pekinin iqtisadi maraqlarını qoruyur. Baltik dənizində ilk dəfə keçirilən Çin-Rusiya müştərək hərbi-dəniz təlimlərinin rəsmi şəkildə əsaslandırılması məhz bu cür səslənir. Həmin təlimlər İsveçin Qotland adası yaxınlığında və NATO üzvü olan Danimarkaya məxsus Bornholm adalarından heç də uzaq olmayan sularda keçirilir. Rusiyanın Kalininqrad anklavından təlimlərdə iştirak etmək üçün müasir Çin esminesi, çoxfunksiyalı freqat və həmçinin də vertolyotlar və quruya desant çıxarmaq üçün elit dəstlərdəm ibarət olan təchizat gəmisi yola düşüb.
Çox sürətlə böyüyən Çinin hərbi dəniz donanmasının cərgəsinə 2015-ci ildə qoşulmuş “Chngsha” esminesi Baltik dənizində Rusiyanın yeddi gəmisi ilə birlikdə sualtı qayıqların ovlanması təlimini keçəcək. Bütün bunların hamısı NATO-nun Brüsseldəki mənzil qərargahında və həmçinin də Baltik dənizinə çıxışı olan şimali Avropa ölkələrində həm təəccüb, həm böyük narazılıq doğurub. Stokholmun “Kvällsposten” qəzeti dəhşətli asosasiya yaradacaq şəkildə yazır: ”İndi Baltik dənizi Şimali-Çin dənizinə çevrilir”.
Çünki Cənibi-Çin dənizi, ABŞ-ın hərbi gəmilərinin iştirakı və bu regiona Çinin hegemonluq iddiası ilə birlikdə dünya okean sularının ən təhlükəli barıt çəlləyi hesab edilir.
Hərbi təlimlərin başlanmasından öncə Moskva və Pekinin dediyi kimi, burada qorxulu bir şey yoxdur və onlar hələ 2012-ci ildən başlayaraq hər il müştərək hərbi-dəniz təlimləri keçirirlər. Amma indiki kimi yox. Çünki Avropanın daxili dənizində və NATO-nun altı üzvünün sahilləri yaxınlığında hərbi təlimlər keçirmək tamamilə başqa şeydir.
Bu üç gəmi Uzaq Şərqdən iki həftə ərzində Baltik dənizinin cənub-şərqinə doğru Britaniya, Niderland və Danimarka sularını keçərək gəlib, sözsüz ki, onları müvafiq hərbi dəniz birləşmələri də diqqətlə izləyiblər.
- Putinin NATO-ya qarşı özünü göstərməsi
Bu təlimlərə medianın hədsiz marağı Pekin və Moskvaya sərf edir. Çin qlobal səviyyədə iddiasını ortaya qoya bilmək və buna müvafiq donanma yaratmaq məqsədiylə, artıq uzun illərdir ki, bu istiqamətdə təbliğat aparır. Rusiya prezidenti Vladimir Putin NATO-nun qapısı ağzında ona meydan oxuya bidiyini göstərir. Çox güman ki, dünyanın ən böyük atom sualtı qayığı “Dmitri Donskoy”un arktik Severomorsk portundan başlayaraq, təlimlərin keçirildiyi məntəqəyə qədər üç min mil məsafə qət etməsini KİV-lərin geniş şəkildə işıqlandırması da məhz bu məqsədə xidmət edir. Uzunluğu 175 metr olan bu nəhəng sualtı qayıq, NATO-nun öz hərbi iştirakını artırdığı üç Baltik ölkəsi, Polşa, Almaniya, Danimarka, İsveç, Norveç sahilləri boyunca üzüb.
Yerli şərhçilər “Dmitri Donskoy”un rəsmi şəkildə iddia olunduğu kimi, Sankt-Peterburqdakı yubiley paradında iştirak etməkdən ötrü, iki esmineslə və Çin gəmiləriylə birlikdə bu cür uzun yola çıxmasına inanmırlar.
“Rusiya bu gün” dövlət informasiya agentliyi bildirir: ”Özünün raketləri ilə bu güclü gəmilər Qərbin yadına salır ki, Rusiya Baltik dənizindəki bastionunu başqalarına güzəştə getməyəcək”.
Çinin Baltik sularında dünya nəhəngi ABŞ-ın hərbi məntiqinə qarşı öz məntiqini ortaya qoymasının Moskva üçün əlverişli olmasının səbəbi, bunun məhz onun öz iştirakı ilə baş verməsidir.
Pekin deyir ki, əgər ABŞ gəmiləri öz sahillərindən on min kilometr uzaqlıqda olan Cənubi-Çin dənizində üzürsə və hərbi təlimlər keçirirsə, onda bəs nəyə görə Çinin Xalq Azadlıq Ordusunun hərbi dəniz donanması öz doğma sahillərindən xeyli kənarda, həm geosiyasi planda və həm də ki, nəqliyyat yolunda mühüm sayılan sularda bunu etməsin?
(“Frankfurter Rundschau” – Almaniya)
Emtv.az