SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda tütünçülüyün inkişafı üçün potensial imkanlar var

18-08-2017, 10:08 | Oxunub: 7 957 |

Naxçıvanda tütünçülüyün inkişafı üçün potensial imkanlar var
Muxtar respublikada tütünçülükdə əsaslı təsərrüfatçılıq ənənələri mövcud olub, bu gün isə həmin sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Belə ki, statistikalara əsasən ötən əsrin 70-80-ci illərində Azərbaycanda tütünçülük öz əhəmiyyətinə görə texniki bitkilər arasında pambıqdan sonra ikinci yeri tuturdu. O dövrdə istehsal olunmuş on minlərlə ton tütünün mühüm bir hissəsi isə Naxçıvanın payına düşürdü. Başqa sözlə, o dövrdə Naxçıvan iqtisadi rayonu tütünçülüyün inkişaf həcminə görə Şəki-Zaqatala zonasından sonra ikinci sırada yer almışdı. Həmin dövrlərdə tütün, əsasən, Kəngərli rayonu ərazisində əkilib-becərilib, bu sahədən təsərrüfatlar xeyli gəlir əldə edib.

Son illərdə ölkəmizdə qeyri-neft sektoru sahələrinə olan diqqətin daha da artması ilə muxtar respublikada ənənəvi sahələr arasında olmuş tütünçülüyə də maraq artıb. Bu məqsədlə cari il “Cahan Tobacoo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun ərazisində tütün əkininə başlanılıb. Şirkətdən aldığımız məlumata əsasən, bu məqsədlə ilk olaraq müxtəlif yerlərdən götürülmüş torpaq nümunələri laboratoriyada analiz edilib, rayonun Xıncab və Təzəkənd ərazilərinin tütün əkini üçün yararlılığına qərar verilib.

Bu ilin mart ayının əvvəllərindən Xıncab kəndində 5 sot torpaq sahəsində istixanalar qurulub, yetişdirilmiş tütün şitilləri 10 hektara yaxın ərazidə əkilib. Artıq iyul ayından başlayaraq yarpaq yığımına, məhsulun qurudulmasına başlanılıb. “Cahan Tobacoo” MMC-dən bildirdilər ki, tütünçülüyə marağın artması idxal xammalın əvəz olunmasına, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin gəlirlərinin çoxalmasına səbəb ola bilər. Əkilmiş sahələrdən 10 min kiloqramdan artıq quru tütün əldə olunması gözlənilir. Şirkətdən onu da qeyd etdilər ki, bu layihədə hazırda 8 nəfər daimi, 10-12 nəfər günəmuzd işlə təmin edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR