17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Muxtar respublikada toxum tədarükünə başlanılıb
Torpaq mülkiyyətçilərinin payız əkinlərində keyfiyyətli toxum materialı ilə təminatını yaxşılaşdırmaq üçün muxtar respublikadakı toxumçuluq təsərrüfatlarına toxumların tədarükünə başlanılıb.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, “Bərəkət” Toxumçuluq Məhdud Məsuliyyətli Cəmiyyətiətində artıq bir neçə gündür buğda toxumunun hazırlanması işləri davam etdirilir. Toxum materialı isə keçən ilin payızında cəmiyyətə məxsus 392 hektar sahədə əkilən "Qualiti" və "Qobustan" sortlarıdır. Artıq taxılın əsas hissəsi biçilərək cəmiyyətin anbarlarına yığılıb və toxum materialı hazırlanır.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycan hökuməti ilə Çin hökuməti arasında dəyəri 12,7 milyon Çin yuanı məbləğində texniki əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqaviləyə əsasən Çin hökumətinin qrantı hesabına cəmiyyətə 5 kombayn, 5 traktor, 1 mikroavtobus, 1 texniki xidmət maşını, 1 yanacaq daşıyan avtomaşın, 5 yük avtomaşını, gübrəsəpən, toxumsəpən, kotan, toxumtəmizləyən, dərmanlayan və digər texnoloji avadanlıqlar alınıb gətirilib. Bu avadanlıqların köməyi ilə toxum təmizlənir, dərmanlanaraq anbarlara yığılır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən taxılın mum yetişməsi və sonrakı dövrlərində nümunələr götürülərək laborotariya analizləri də aparılıb.
Emtv.az