SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda boşanmalar nə üçün artıb? – SƏBƏBLƏR

17-08-2017, 12:55 | Oxunub: 7 937 |

Azərbaycanda boşanmalar nə üçün artıb? – SƏBƏBLƏR

2017-ci ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 153 nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, hesabat dövründə 7287 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 nəfər olub.

Bəs boşanmalar hansı səbəblərdən gerçəkləşir?

Emtv.az xəbər verir ki, ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova modern.az-a açıqlamasında deyib ki, boşanmaların səbəbləri müxtəlifdir.

“Kimsə boşandığını dilə gətirəndə təəccüblənmirik”

“Boşanmalar əsasən 24-29 və 30-34 yaş arası daha çoxdur. Bu da ailə qurandan sonra ilk beşlikdə özünü göstərir. Ailə quran cütlüklər həm də ailənin məsuliyyətini dərk etmirlər. “Ailə nədir?” “onu necə idarə etmək lazımdır” kimi məsələləri bilmirlər. Ya valideynlərin təhriki, ya da evlənmək xatirinə nigaha daxil olurlar. Bu gün ən dəhşətli hal odur ki, bəzi gənclər “xoşum gəlməyəcək boşanacam” fikirlərini səsləndirirlər. Bu o deməkdir ki, evliliyə sıradan bir hal kimi baxılır. Halbuki, 20-30 il bundan qabaq ətrafımızda kimsə boşananda çox narahat olurduq. Artıq indi kimsə boşandığını dilə gətirəndə təəccüblənmirik”.

“Yanaşmalar dəyişib”

Aynur Veysəlova boşanmalardan danışarkən bildirib ki, bu məsələnin qarşısının alınmasında valideyn və məktəb faktorunun da zəruriliyi vacibdir.

“Valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Ailə qurmamışdan öncə həm oğlan, həm də qız uşaqlarını ailə dəyərlərinə alışdırmaq lazımdır. İkinci tərəf isə məktəblərin bu işə ciddi yanaşmasıdır.” Ailə sosial təsisat kimi necə qorunmalıdır” sualı ətrafında şagirdlərə nümunələr aşılanmalıdır. Təbii ki, bu hallar yeniyetmə və gənclərə aşılanır. Təəssüf ki, yanaşmalar dəyişib”.

Sosial məsələlərin boşanmalara təsiri varmı?

Komitə rəsmisi deyir ki, urbanizasiya məsələsi də boşanmalara öz təsirini göstərir.

“Məsələn, kiçik kəndlərdə yaşayanlar bir-birini tanıdığından boşanmaqdan çəkinirlər. İctimai qınaq onları boşanmaqdan çəkindirir. Böyük şəhərlərdə isə insanlar bir-birini tanımadığından və ictimai qınaq olmadığından boşanırlar. Bunun da qarşısı alınmır. Sosial səbəblərdən boşanmalar 8-ci 9-cu yerdə qərarlaşır. Tam olaraq demək olmaz ki, boşananların əksəriyyəti sosial səbəblərə görə boşanır. İkinci dünya müharibəsində insanların sosial durumu daha çətin idi. Amma nəzər salsaq görərik ki, boşanan ailələr olmayıb”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR