SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda boşanma kütləviləşdi: Narkomaniya, maddi problem, məcburi evlilik, şiddət, övladsızlıq...

20-06-2017, 12:14 | Oxunub: 15 629 |

Azərbaycanda boşanma kütləviləşdi: Narkomaniya, maddi problem, məcburi evlilik, şiddət, övladsızlıq...
Elnur Rüstəmov: “Ailələrə psixoloji dəstək göstərilməlidir”

Zahid Oruc: “Onlar sosial şəbəkələrin, xarici telekanalların təsirinə məruz qalırlar”

2000-ci ildə 39 min 611 nikaha, 5 min 478 boşanma düşüb. Növbəti illərdə bu rəqəmlər daha da artıb. 2010-cu ildə 79 min 172 nikah bağlanan nikaha 9 min 61 olub. Bu ilin yanvar-aprel aylarında qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114 boşanma halı baş verib.

Eskpertlərin sözlərinə görə, "boşananlar arasında evliliklə bağlı tələsik qərar verənlər üstünlük təşkil edir. Bununla yanaşı bəzi gənclərin öhdəliklərini dərk etmədən ailə qurması, qarşısına çıxan sınaqlara dözümsüzlük nümayiş etdirməsi statistik rəqəmlərin artmasında təsirə malikdir. Eyni zamanda ailədaxili zorakılıq, cütlüklərin uşağının olmaması, narkomaniya, sərxoşluq, xəyanət kimi faktorlar boşanmalarda üstünlük təşkil edən amillərdəndir. Müqayisəli şəkildə statistikaya nəzər yetirsək, görərik ki, boşanmaların sayı nikahlara adekvat deyil. 10-15 il öncə informasiya əsrinə qədəm qoyduqdan sonra ailələrdə psixoloji və bu cür problemlər yaranmağa başladı. Əslində bu sırf Azərbaycanla bağlı problem deyil. Azərbaycanla yanaşı digər ölkələrdə də bu proses gedib. Azərbaycanda araşdırılması vacib olan nüanslardan biri də budur ki, hansı tərəf ilk olaraq boşanma ərizəsi ilə müraciət edir. Bu vacib məqamdır ki, boşanma üçün müraciət edənlər kişilərdir, ya qadınlar. Əslində, Azərbaycanda boşanma üçün müraciət edənlərin böyük qismi qadınlardır. İkinci sual yaranır: Niyə xanımlar daha çox boşanma üçün müraciət edirlər? Burada gender bərabərliyindən söhbət gedir. Bununla yanaşı psixoloji problemlər, zərərli vərdişlərin də boşanmalarda sayı var. Bu gün Azərbaycanda elə ailələr var ki, ailənin yükünü qadın təkcə çəkir. Bununla yanaşı qadın yenə də şiddət görür. Boşanmalara yalnız bir amilin səbəb olduğunu demək düzgün deyil. Səbəblər müxtəlifdir”.Azərbaycanda boşanma kütləviləşdi: Narkomaniya, maddi problem, məcburi evlilik, şiddət, övladsızlıq...
Psixoloq Elnür Rüstəmov mətbuata açıqlamasında deyib ki, "boşanmaların say artımının qarşısını almaq üçün məhkəmələr tərəfindən də ailələrə psixoloji dəstək göstərilməlidir”.

Ekspert hesab edir ki, boşanmalara səbəb olan amillər- narkomaniya, maddi gərginlik, sosial problemlər, məcburi evlilik, şiddət, övladsızlıq, sırasında ən az çəkiyə malik olan sonuncudur: “Bu gün tibb kifayət qədər inkişaf edib. O qədər övladı olmayan ailə var ki, boşanmır, alternativ yollara müraciət edirlər”.
Azərbaycanda boşanma kütləviləşdi: Narkomaniya, maddi problem, məcburi evlilik, şiddət, övladsızlıq...
Millət vəkili Zahid Oruc mətbuata açıqlamasında bildirib ki, "təhsil sistemi, dünyagörüşü, informasiya vasitələrinin də boşanmalara təsiri var. Boşanmaların sayı həddindən artıq çox olduğu üçün rəqəmlər nikahlara adekvat deyil. Millət vəkili olaraq deyə bilərəm ki, boşanmalarda sosial problemlər üstünlük təşkil etmir. Hazırkı dönəmdə həddindən artıq imkanlı ailələrin də dağıldığını müşahidə edə bilərik. Bəlkə də birinci olaraq vurğulamalıyıq ki, gənclərimiz ailə və məktəb tərbiyəsindən daha çox informasiya vasitələrinin təsirinə məruz qalır. Onlar sosial şəbəkələr, yoxlanmamış infformativ mətn, xarici telekanalların təsirinə məruz qalırlar. Düşünürlər ki, 20-25 yaşlarında həyatın bütün naz-nemətlərinə sahib olmalıdırlar. Gənclərimiz epizodik hisslərə bağlandığı üçün adi sınaqlara da tab gətirmirlər. Hər hansı xırda problem yarandıqda bu cür ailələrdə aşınma yaranır ki, nəticədə ailələr dağılır. Sonrakı mərhələdə daha böyük problemlər yaranır, müəyyən komplekslər ortalığa çıxır. Virtual şəbəkələrdən yaranan tanışlıqların davamlılıq müddəti haradəkdir, valideyn övladına ailə modelini necə aşılayır, kənar təsirlərdən necə qoruyur, bunu da düşünmək lazımdır. Xüsusən qız uşaqları valideynlərini özlərinə yaxın hiss etmədikdə daha müstəqil addımlar atır”.

İki il öncənin statistikasına nəzər yetirərək qeyd edək ki, 2015-ci ildə bağlanan 68 min 773 nikaha 12 min 764 boşanma düşüb. Belə ki, 2015-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 7.2, boşanmaların sayı isə 1,3 olub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR