SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda boşanmaların əsas səbəbi

5-10-2016, 15:55 | Oxunub: 8 628 |

Azərbaycanda boşanmaların əsas səbəbiBu gün cəmiyyətimizdə böyük qlobal problem və aktual məsələyə çevrilən boşanmalara əksər hallarda səbəb maddiyat, xəyanət, şiddət, bir-birinə uyğun olmayan insanların izdivac qurmasıdır.

Bunu Trend-ə hüquqşünas Nurlana Quliyeva deyib.

N.Quliyeva deyib ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycanda cəmiyyətin təməlində fərd yox, birbaşa ailə durur:

“Dövlət səviyyəsində ailələrin təminatlı olmasına dair bir çox proqramlar həyata keçirilir və ailə institutunun inkişafı sayəsində yetərincə işlər görülür. Lakin bütün bunlara baxmayaraq qeyd edim ki, bu gün cəmiyyətimizdə sağlam və uzunömürlü ailələrin sayı azalmağa doğru gedir. Səbəblər müxtəlif və çoxşaxəlidir”.

Hüquqşünas qeyd edib ki, boşanmış və mübahisəli ailələrdə doğulan uşaqlar təəssüf ki, özünə inamı olmadan, iradəsi zəif şəxsiyyət kimi formalaşırlar:

“Övladlarımızın doğru və şəxsiyyət kimi formalaşması üçün onların sağlam və təməli möhkəm ailələrdə yetişməsi mütləqdir”.

Onun sözlərinə görə, boşandıqdan sonra ananın himayəsində qalan uşaqların yaşam təminatı üçün nəzərdə tutulan alimentin alınması da böyük problemlər yaradır:

“Təəssüf ki, əksər atalar övladlarının həyat təminatı üçün nəzərdə tutulan alimenti verməkdən boyun qaçırır və sonda məhkəmə qətnaməsinin bu hissəsi icra olunmadığı üçün inzibati həbs və 306-cı maddəylə təsbit olunan cinayət işinin açılması prosesi başlayır.

İstənilən halda məhkəmə qərarı ilə nəzərdə tutulmuş aliment uşaq 18 yaşına çatana qədər ödənilməli və qətnamənin icrası zəruriləşdirilməlidir. Sağlam dövlət üçün sağlam cəmiyyət, sağlam cəmiyyət üçün də sağlam ailələrin olması mütləqdir. İnsanlar ailə qurarkən ilk növbədə bu məsuliyyəti dərk edərək addım atmalıdır”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR