18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"SAĞLAM NƏQLİYYAT BƏRABƏRDİR SAĞLAM GƏNCLİK"
Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllüləri Təşkilatı və Yaşıl ASAN-nın təşəbbüsü ilә "Sağlam nəqliyyat bərabərdir sağlam gənclik" devizi altında veloyürüş keçirilib.
"EMTV.az" xəbər verir ki, ASAN könüllülərinin təşəbbüsü ilə icra olunan layihənin məqsədi gənclərin diqqətini sağlam həyat tərzinə yönəltmək olub. Layihəyə əsasən 100-ə yaxın velosipedçi əvvəlcədən planlaşdırılan marşrut üzrə şəhərin 28 May küçəsindən veloyürüşə başlayıb. İştirakçılar əvvəlcə Zəfər Tağına, daha sonra isə mərkəzi küçə və prospektlərdən keçərək ASAN xidmət mərkəzinə gəliblər.
Sonda veloyürüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib və bütün layihə iştirakçılarına sertifikatlar təqdim edilib.