SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Suraxanı polisləri Azərbaycan Gənclər Fondunun tədbirində

19-12-2015, 15:12 | Oxunub: 16 355 |

Suraxanı polisləri Azərbaycan Gənclər Fondunun tədbirində
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibi Ayaz Əhmədzadənin rəhbərliyi ilə "Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır” adlı layihə həyata keçirilir.

Layihə haqqında məlumat verən Ayaz Əhmədzadə bildirib ki, gənclər arasında zərərli vərdişlərin qarşısının alınması və sağlam həyat tərzi keçirmələri məqsədilə müəyyən edilmiş prioritet tədbirlər sistemi dövlətin gənclər siyasətinin strateji fəaliyyət istiqamətlərindəndir:

"Bir çox gənclər dövlətin və ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilsə də, rəsmi statistikalardan aydın olur ki, zərəli vərdişlərə aludə olan, bunun nəticəsində cinayət törədən gənclərın sayı çoxluq təşkil edir. Cəza çəkən gənclərin əksəriyyəti narkotik maddələrin istifadəsinə və sərxoş vəziyyətdə cinayət törətdiklərinə görə azadlıqdan məhrum edilirlər. Bəzi hallarda gənclərin qaydaları və qanunu pozmaqları qanunvericilikdə təsbit olunmuş hüquq və vəzifələrdən xəbərsiz olmaqları səbəbindən baş verir, nəticədə ciddi cəzalarla üzləşirlər.


Zərərli vərdişlər kimi neqativ hallara həm orta, həm də ali təhsil ocaqlarında oxuyan gənclər arasında təsadüf olunduğu, bəzi gənclərin zərərli vərdişlərə erkən yaşlardan, məktəb illərindən aludə olmağa başladığı səbəbindən təlimləri həm ali, həm də orta təhsil müəssisələrində keçirməyə qərar vermişdik. Layihənin icra planna uyğun olaraq Xəzər Universitetində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Suraxanı rayonundakı 279 və 275 saylı orta məktəblərdə keçirdiyimiz maarifləndirmə təlimləri böyük maraqla qarşılanıb".

Suraxanı rayonundakı 275 saylı orta məktəblərdə keçirilən son tədbir haqda da Mia.az-a verilən məlumata görə, Bakı şəhəri Suraxanı RPİ-nin Yetkinlik Yaşına Çatmayanların işləri üzrə bölmənin rəisi, polis mayoru Namiq Abbasov, həmin bölmənin baş inspektoru, polis mayoru Seymur Bayramov, Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Asif Şıxəliyev həmin tədbirdə çıxış ediblər:

"Onlar zərərli vərdişlərin acı nəticələri, təqsirləndirilən şəxslərlə bağlı statistik göstəricilər, narkotik və psixotrop maddələrin ziyanlı təsirləri barədə ətrafl məlumat veriblər".

Sonda çıxış edən Ayaz Əhmədzadə gənclər siyasəti ilə bağlı layihə təklifini dəyərləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna, tədbirin keçirilməsində göstərilmiş diqqətə görə Suraxanı Rayon Polis İdarəsinin rəhbərliyinə, tədbirdə iştirak edən polis əməkdaşlarına və məktəbin direktoru Elmira xanım İsmayılovaya xüsusi təşəkkürünü bildirib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR