SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Komitə rəsmisi: "Tanış olduqdan cəmi bir neçə ay sonra bağlanan nikahların 30 faizi boşanma ilə nəticələnir"

6-05-2017, 11:22 | Oxunub: 9 126 |

Komitə rəsmisi: "Tanış olduqdan cəmi bir neçə ay sonra bağlanan nikahların 30 faizi boşanma ilə nəticələnir"
"İl ərzində məişət zorakılığı ilə bağlı 800-900 cinayət işinin olması bu sahədə problemin aktuallığını göstərir".

Bunu mətbuata açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
O bildirib ki, bu gün Azərbaycan ailələrində boşanmaların əsas səbəbi ailə daxilində məişət zorakılığı hallarının çox olmasıdır.
Azərbaycanda boşanmaların 20 faizdən çox olmasının qəbuledilməz rəqəm olduğunu deyən qurum rəsmisi, bu ilin birinci rübündə bu halın müşahidə olunduğunu deyib.

Komitə rəsmisi, boşanmaya təsir göstərən digər ciddi bir amilə də toxunub ki, bu da tanış olan cütlüklərin bir-birini tanımadan tələsik evlənməsidir: "Tanış olduqdan bir neçə ay sonra evlənənlərin boşanma prosesi də çox tez olur. Bu cür nikahların 30 faizi boşanma ilə nəticələnir. Məişət zorakılığından sonra boşanmaya təsir edən ikinci amil budur. Bir-birinin məişətini bilmədən bir-birilərini yaxşı tanımadan, hansı xəstəliklərinin olmasından xəbər tutmadan evlənirlər. Cütlüklərin tanışlıq müddəti ən azı bir il davam etsə, nəticə daha müsbət olar".

Məişət zorakılğı ilə bağlı Tədbirlər Planı layihəsinin hazırlandığını deyən Komitə rəsmisi, Milli Fəaliyyət Planının bu ilin sonuna kimi qəbil edilməsini gözlədiklərini bildirib: "Tədbirlər Planı bu il qəbul olunsa, 2018-də artıq icrasına başlanılacaq. Buna nail olsaq, məişət zorakılığına qarşı preventiv tədbirlərin sayı çoxalar, yeni mexanizmlərin tətbiqi, olanların təkmilləşdirilməsi prosesi gedər. Azərbaycan ailəsinə xaricdən təhdidlər çoxalır. Bizdə seçim kimi boşanma yox idi. Amma bu gün boşanma seçimə çevrilib. Qadınların öz seçim hüququnu bilməsi müsbət hal olsa da, boşanmaların sayında artım yaranır".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR