18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
«Tezliklə Rusiyanı emiqrasiya dalğası bürüyəcək»
Rusiya KİV verdiyi xəbərə görə, Yuri Levada Analitik mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Lev Qudkov «Amerikanın səsi» radiosunun rus xidmətinə danışıb ki, tezliklə Rusiyanı son illərin ən böyük emiqrasiya dalğası bürüyə bilər.
«Artıq biz, axının dördüncü dalğasını müşahidə edirik və bu, əvvəla, daxili situasiyanın gərginləşməsi, avtoritar rejimin güclənməsi ilə bağlıdır. Həm də indi ölkədən uğurlular və imkanlılar, özlərini tanıtmış, status əldə etmiş, mülkiyyət sahibi olan insanlar gedirlər. Onlar bu ölkədə gələcək həyatlarının perspektivlərini görmürlər. Budur, onlar uşaqlara qayğı və digər obyektiv «səbəblər bayrağı» altında hansısa bir ehtiyat «meydança» tapmağa çalışırlar» – deyə, Qudkov qeyd edib.
Onun sözlərinə görə, orta və kiçik biznesdə «beyin axını» davam edir və eyni zamanda innovasiya texnologiyaları və elm kimi sferalara da «toxunur» – bunlar dövlət təzyiqinə daha həssas sahələrdir.
«Hər şeydən əvvəl, onlar dövlətin daxili təzyiqi altında əzilirlər. Bu və ya digər formada deqradasiya olunurlar, ümumiyyətlə, bütün akademik elm mühiti bürokratik nəzarət və çox aşağı maliyyələşdirmə səbəbilə aşınır. Mədəniyyət, təhsil, səhiyyə sistemləri də zərər çəkir. Qeyd etmək istəyirəm ki, hələlik emiqrasiyanın miqyasını qəbul edən tərəflərin istək və imkanlarının məhdudluğu aşağı salır…».
Emtv.az