SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

AZƏRBAYCANDA: Maşın bazarını çökdürən SƏBƏBLƏR

26-05-2017, 13:09 | Oxunub: 7 130 |

AZƏRBAYCANDA: Maşın bazarını çökdürən SƏBƏBLƏR
Ramil Osmanlı: “İdxalın stimullaşdırılması istiqamətində lazımi addımlar atılarsa, vəziyyət dəyişə bilər”

Azərbaycanda avtomobil bazarında çöküş müşahidə edilir. Əvvəlki aylarda buna səbəb dolların məzənnəsinin manata nisbətən güclənməsi idi. İndi isə əsas səbəb əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Son iki ayda ümumiyyətlə, avtomobil bazarında passivlik yaşanır. Bu sahə ilə məşğul olan iş adamlarının da gəlirləri xeyli azalıb. Onu da qeyd edək ki, əvvəlki illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. Xarici ölkələrdən avtomobil gətirən sahibkarların bu sahədəki qazancları azalıb.

Avtomobilin alış qiymətindən əlavə gömrük rüsumu xərclərini də nəzərə alsaq, artıq bu sahənin sahibkarlar üçün də çökdüyünü rahatlıqla ifadə edə bilərik. Yaxud da proses əksinə inkişaf edə bilər. Yəni, avtomobillərin qiymətləri daha da artırıla bilər ki, nəticədə yenə də zərər çəkən sahibkarların özləri olacaq. Çünki qeyd etdiyimiz kimi əhalinin alıcılıq qabiliyyəti xeyli zəifləyib. İnsanlar indiki məqamda yalnız gündəlik tələbatlarını təmin etməyi düşünürlər.
AZƏRBAYCANDA: Maşın bazarını çökdürən SƏBƏBLƏR

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı mətbuata açıqlamasında avtomobil bazarında alıcılıq qabiliyyətinin əvvəlki illərlə müqayisədə xeyli aşağı düşdüyünü deyib:

“Amma indiki məqamda deməzdim ki, tələb sıfır vəziyyətdədir. Bunun nəticəsində də alqı-satqı sayı kəskin azalıb. Bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlar tərəfindən məsələyə baxsaq, onların ən böyük problemi mənfəətlərinin azalmasıdır. Onların işi müəyyən mənfəət götürməkdir. Əslində fəaliyyətini də o istiqamətdə qurub. Aldığı avtomobili 1000-1500 manat baha satıb qazanc əldə edir. Çünki vergi, icarə haqqı ödəyir, digər xərcləri var.
Burada bir məsələ də var ki, dolların manatın kursuna nisbətdə qeyri-mütənasib dəyişməsidir. Bu isə sahibkarlara təsir edir. Avtomobil yeganə bazardır ki, orada konyuktura hələ də dəyişməyib. O ki qaldı bazarın xarakterik durumuna, nəzər alsaq, görəcəyik ki, avtomobil bazarında idxalın çox kəskin azalması baş verir. Bu da bir tərəfdən tələbin az olması ilə bağlıdırsa, digər tərəfdən avtomobillər üzrə tələbin qarşılanmasında ciddi problem yaradır. Yəni indiki halda təklif tələbi ödəmir. Çünki yalnız istismarda olan avtomobillərin dövriyyəsi baş verir. Bu isə alıcı sayına adekvat deyil. Ona görə də qiymət artımı baş verir. Köhnə avtomobillərin qiymətindəki artım bilavasitə idxalın kəskin azalması, bazarda avtomobil qıtlığının yaranması ilə bağlıdır”.


Ekspertin sözlərinə görə idxalın azalmasına səbəb kimi yalnız bir məqamı qeyd etmək olar: “2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80 faizini minik avtomobilləri təşkil edib. 2015-ci ilin sonuna olan göstərici təxminən 37-38 min olub. Onun 70-80 faizini minik avtomobilləri təşkil edib. 2016-cı ilin göstəricisinə görə isə bu rəqəm xeyli aşağı düşüb. Yəni bu rəqəm 16 min təşkil edib. Bu sayın isə 65 faizi minik avtomobillərinin üzərinə düşür. İdxal azaldıqca, minik avtomobillərinin sayı da buna paralel olaraq azalıb. İndiki şəraitdə bazarda onsuz da az olan tələbin qarşılanmasına problem yaradır”.

Ramil Osmanlı əlavə edib ki, hələlik yaxın 3 ay üçün bu sahədə ciddi dəyişikliklər gözlənilmir: “Proses indiki kimi də davam edəcək. İdxalın stimullaşdırılması istiqamətində lazımi addımlar atılarsa, qərarlar qəbul edilərsə, bu halda vəziyyət dəyişə bilər. Ümumiyətlə bu sahədə hər hansı ciddi qərarların qəbul ediləcəyini düşünmürəm”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR