17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BANKLAR AVTOMOBİL KREDİTİNİ DAYANDIRDI
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərarın təsirləri Azərbaycanda avtomobil bazarından da yan keçməyib.
Yeni avtomobillərin satıldığı əksər avtosalonlar qiymətləri hələ ki , çox qaldırmasalar da, avtomobil kreditləri dayandırılıb. Bunu satıcılar da təsdiqlədilər.
Paytaxtın məhşur avtosalonlarından birinin satıcısı Nübar Cabbarova deyir ki, 2015-ci il model avtomobillərinin qiymətini daha da artırmaq niyyətində deyillər.
"Onsuz da satışlarımızın sayı həddən artıq azalıb. İki gün ərzində bir avtomobili güclə satırıq. Qiymətləri qaldırıb olan alıcıları da itirməyin heç bir mənası yoxdur. Ancaq onu deyə bilərəm ki, bizim şirkət kreditləri manatlar verirdi və son günlər manatın qiymətinin ucuzlaşması bankın avtomobil kreditlərini dayandırmasına səbəb olub"-deyə satıcı əlavə etdi.
Müşahidə apardığımız digər avtosalonlarda da oxşar vəziyyət hiss edilirdi. Avtosalonların əməkdaşları da qiymət artımının olmadığını bildirirdilər. Səbəb olaraq isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini və dolların qiyməti yüksələndən sonra avtomobil gətirmədiklərini göstərirlər.
Alıcılar da yeni maşınların satışı ilə məşğul olan avtosalonların əksəriyyətində qiymət artımının cüzi olduğunu deyirlər. Maşın almaq istəyən Aqil Abbasov bildirdi ki, onun 24 min 800 manata almaq istədiyi avtomobilin qiymətində heç bir artım olmayıb:
"Bu gün eşitdim ki, banklar manatla olan avtomobil kreditlərini dayandırıblar. Düşünürəm ki, avtosalonlar istəmir ki, qiyməti qaldırıb onsuzda az olan alıcılarını itirməsinlər. Həm də niyə artırmalıdırlar ki? Axı onlar avtomobilləri dollar bahalaşmamışdan əvvəl gətiriblər".
Ekspertlər isə, bankların avtomobil kreditlərini dayandırmasının alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacağını bildirirlər. Nəqliyyat üzrə ekspert Azər Allahverənov deyir ki, Milli Bank bir ildən artıq müddətdir ki, banklara avtokreditlərin dayandırılması ilə bağlı öz tapşırıqlarını verib:
"Bəzi banklar onsuzda kredit verməkdən imtina etmişdi. Bəziləri isə kredit şərtlərini bir az daha ağırlaşdırmışdı. Buna görə də onsuzda maşın bazarında çətin vəziyyət yaranmışdı. Bunu ölkəmizə gətirilən avtomobillərin sayında da görmək mümkündür. Belə ki, ötən illərdə Azərbaycana 110 min nəqliyyat vasitəsi gətirilmişdisə, hazırda bu rəqəm 40-50 mindir. Kreditin dayandırılması isə bu rəqəmin daha da aşağı düşməsinə səbəb olacaq".
Ancaq ekspert bunun müsbət tərəflərinin də olduğunu bildirdi:
"Hazırda Azərbaycanda 1.1 milyon avtomobil var ki, bunun da 900 mini Bakıdadır. Şübhəsiz ki, paytaxtda hər gün avtomobillərin sayının artması ekoloji vəziyyətin daha da pisləşməsinə səbəb olur. Bütün son proseslər isə avtomobil sayının artmamasına və ekoloji vəziyyətin düzəlməsinə səbəb olacaq".
Digər tərəfdən bu vətəndaşların riskdən azad ediləcəyinə şərait yaradacaq.
"Fevral devalvasiyasından sonra onsuz da dollarla kredit verən vətəndaşların ödənişləri daha da çoxaldı. Ancaq belə bir addım kredit götürüb maşın alacaq vətəndaşları bir növ sığortaladı. Vətəndaş kredit götürə bilməyəcək və bununla da riskdən sığortalanmış olacaq", -deyə A. Allahverənov bildirdi.
Xatırladaq ki, dekabr ayının 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib.