18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Bu qərar da verilsə, növbəti bahalaşma dalğası gəlir” - Professor
Yanvarın 1-dən etibarən Azərbaycanda ƏDV-nin differensiallaşmasına başlanılacaq
Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib. Bildirib ki, bu məsələ üzrə bəzi dövlət qurumları ilə müəyyən fikir ayrılıqları mövcuddur: "Əgər parlament sənədi qəbul edərsə, yanvarın 1-dən etibarən layihə bu formada qəbul olunacaq”.
İqtisad elmləri doktoru, professor Elşad Məmmədov bakipost.az-a ƏDV-nin diferensiallaşmasının nəticələriylə bağlı danışıb.
Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə ƏDV-nin tətbiqi belə mənfi fəsadlar yaradır: "ƏDV-nin inkişaf etməkdə olan, iqtisadiyyatları tam balanslaşdırılmış şəkildə olmayan milli iqtisadiyyatlarda tətbiqi çox ciddi mənfi iqtisadi fəsadlara səbəb olur. Çünki rəqabət mühiti olmayan, bəynəlxalq bazarlarda öz diversifikasiya edilmiş ixrac resursları ilə iştirak edə bilməyən milli iqtisadiyyatlara ƏDV tətbiqi artıq yükdür.
Əlavə Dəyər Vergisi Azərbaycan büdcəsinin doldurulmasında əhəmiyyətli rol oynayır. Lakin paralel olaraq işgüzar fəallığın azalmasına, milli istehsal prosesinin inkişafına ciddi mane göstərməklə makroiqtisadi proseslərə çox mənfi təsirlər edir. Ona görə də hesab edirəm ki, ƏDV-nin beynəlxalq təcrübədə istifadə olunan alternativlərinin milli iqtisadiyyata tətbiqi daha düzgün olar”.
İqtisadçının sözlərinə görə, bəzi dövlət qurumları Azərbaycanda ƏDV-nin aradan götürülməsinə ciddi maneələr törədirlər: "Vergilərlə bağlı ölkə başçısının da keçən ilin yay aylarında qərarları oldu. Qərarlarda bildirilirdi ki, vergi yükünün ölkə iqtisadiyyatına olan ağırlığının çəkisi azaldılmalıdır. Bununla yanaşı həmin vaxt əsas məsələ kimi qoyulmuşdu ki, ölkə iqtisadiyyatının real sektorunun vergi yükü yüngülləşdirilsin. Nəticədə ölkədə işgüzar fəallıq, milli istehsal, ümumidaxili məhsul artsın. Amma biz görürük ki, müəyyən iqtisadi strukturlar bu növ qərarların tətbiqinə ciddi şəkildə mane olmağa çalışırlar. Hökumətin iqtisadi blokuna aid olan müəyyən qurumlarda ƏDV-nin yükünün azaldılmasına qarşı ciddi müqavimət var. Mən bunu ilk növbədə onunla izah edirəm ki, ƏDV-nin inzibatçılığı çox sadədir və bu səbəbdən inzibati orqanlar büdcənin doldurulması üçün onun yükünün azaldılmasına qarşı çıxırlar”.
Elşad Məmmədov hesab edir ki, hazırki iqtisadiyyatı köhnə üsullarla idarə etmək mümkünsüzdür: "Hazırkı makroiqtisadi durum o vəziyyətdədir ki, indi artıq 5 il, 10 il əvvəlki inzibati idarəetmə üsulları ilə iqtisadiyyatı idarə etmək mümkün deyil. Bu, mənfi fəsadlara gətirəcək.
Mən hesab edirəm ki, əgər bugünkü vəziyyətdə biz ƏDV-nin birdəfəlik götürülməsinə getmiriksə, bunu belə izah etmək olar: büdcənin doldurulmasında ciddi problemlər yarada bilər. Amma heç olmazsa tədricən vergi yükünün azaldılması, ƏDV-nin diferensiallaşması, yəni real sektora tətbiqində ciddi güzəştlərin edilməsi və tədricən digər daha mütərəqqi vergi növləri ilə tədricən əvəz olunmasına getmək olar”.
Professor düşünür ki, ƏDV-nin diferensiallaşması yeni qiymət artımı dalğası ola bilər: "Vergilər Nazirliyi tərəfindən diferenasiallaşmaya gedilməsi məsələsi qaldırılıb. Diferensiallaşma dedikdə həm vergi yükünün azaldılması nəzərdə tutula bilər, həm də artırılması. Çox güman ki, nazirliyin təklifində ikinci məsələ qaldırılıb. Yəni ƏDV-nin müxtəlif şkalalarla tətbiqindən söhbət gedir. Lakin hökumətin özündə də bu məsələyə münasibət fərqlidir. Bir tərəfdən vergi yükünün artımı büdcənin doldurulması ilə müşahidə ediləcək. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatının potensialı buna imkan vermirsə, vergi yükünün artırılması heç də iqtisadi proseslərin, işgüzar fəallığın canlanmasına səbəb olmayacaq. Çünki biznesin, işgüzar fəallığın boğulmasıyla nəticələnəcək və sonda bunun fəsadları daha da pis olacaq”.
Emtv.az