SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Astan Şahverdiyevə yenə qulaqburması veriləcək” – Sədr

16-08-2017, 10:21 | Oxunub: 6 475 |

“Astan Şahverdiyevə yenə qulaqburması veriləcək” – Sədr
“Deputat Astan Şahverdiyevlə bağlı məsələyə sentyabrın 15-də deputatlar işə çıxandan sonra baxılacaq”.

Emtv.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev bildirib.

Komissiya sədri deyib ki, deputatlar işə çıxandan sonra Astan Şahverdiyevlə bağlı daxil olan şikayətlərə baxılacaq: “Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”.

A.Abıyev Astan Şahverdiyevin mandatının ləğv ediləcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: “Mən heç zaman deməmişəm ki, Astan Şahverdiyevin mandatı ləğv olunacaq. Bunu mənə sual verənlər yazır. Mən indidən Astan Şahverdiyevin mandatının ləğv olunub-olunmayacağını dəqiq deyə bilmərəm. Məsələ obyektiv araşdırılacaq. Elə şikayət ola bilər ki, o bizlik olmaz, həmin məsələni Baş Prokurorluğa göndərə bilərik, mandat məsələsini də Prokurorluq həll edər. Mandatın alınması məsələsi prokurorluğun səlahiyyətinə aiddir. Ona görə də jurnalistlər bu məsələdə tələsməməlidir. Əmin olun ki, məsələ obyektiv araşdırılacaq”.

A.Abıyev həmçinin qeyd edib ki, əgər hər hansı deputat və ya digər şəxs oğurluq edib özünə biznes qurubsa, bunu araşdırmaq üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, müstəntiq var: “İntizam Komissiyası dünyanın bütün parlamentlərində var. Bizim işimiz Milli Məclisdə deputatların nizam-intizam məsələsinə baxmaqdır. Yoxsa ki, küçədə kimsə kimisə vurursa, söyüş söyürsə, buna biz baxmırıq, polis baxır. Bəzən jurnalistlər də bu məqamı qarışdırırlar. Milli Məclisin İntizam Komissiyası yalnız və yalnız parlament üzvlərinin qeyri-etik davranışlarına qiymət verir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR